Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

 “Nar” “Stevie” mükafatına layiq görüldü -FOTO


“Nar” “Stevie® International Business Awards” beynəlxalq biznes mükafatını qazandı. “Nar” bu mükafatı “Müştəri məmnuniyyəti” nominasiyasında, son 2 il ərzində müştəri xidmətləri sahəsində uğurlarına görə layiq görüldü.
Yenixeber.org: Mükafatın müstəqil hakimlərinə “Nar”ın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş hesabat təqdim edildi. Şirkətin məsafədən göstərdiyi müştəri xidmətləri,  yüksək rəqabət olan Azərbaycan bazarında Müştəri Loyallığı İndeksində (Net Promoter Score) liderliyi beynəlxalq münsiflər tərəfindən xüsusi vurğulanıb. 
Stevie® Awards 2002-ci ildə ABŞ-da təsis olunub və dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini qiymətləndirir və uğurlu nümunə kimi tanıdır. Qeyd ki, “Nar” artıq 2-ci dəfədir bu mükafata layiq görülür.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam