Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azay Quliyev QHT Şurasına ayrılan dövlətin milyonlarını belə xərcləyib -FOTOFAKT

        "Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib."- Samir Adıgözəlli Azay Quliyevi ittiham etdi...
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin daxilində baş verən maliyyə pozuntuları ilə bağlı açıqlamalarını sosial şəbəkələrdə yaymaqda davam edir.
Yenixeber.org: Bu dəfə Agentliyin sədri deputat Azay Quliyevin evini paylaşarak yenə öz ritorik sullarını verib:
"Hörmətli media,
Hörmətli ictimaiyyət;
Bugünkü araşdırmama QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi - Villası ilə davam edirəm.
Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksində Azay müəllim stadion da yaradıb.
Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib.
Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla.
Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil.
Neçə -neçə QHT rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər.
Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır.
Samir Adigozelli"
Yenixeber.org olaraq ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam