Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Keçirilən tədbirdə şəhidlərə hörmətsizlik -VİDEO

Keçirilən tədbirdə  şəhidlərə hörmətsizlik - VİDEO


"Şuşa, sən Azadsan !" Dedizdirən oğullar, haqqınız ödənməz.

Yenixeber.org: Şuşa üçün, Qarabağ üçün, hər qarış torpaq üçün analarını, bacılarını, yarını gözüyaşlı, körpələrini atasız qoymağı gözə alan oğullar, heyf sizə...

"Şuşa, sən azadsan" dedirən oğullara, "heyf sizə" dedirənlər isə ilk növbədə onlara güya diqqət ayırdığını göstərmək üçün fotosessiyalar edib sosial şəbəkələrdə, saytlarda paylaşan - əslində isə qazilərin, veteranların halal haqqını vermək üçün aylarla yollarda get-gələ salan məmurlardır, sonra da onların adından istifadə edib, pul, reytinq qazanan bəzi işbazlar.
Aşağıdakı görüntülərə diqqətlə baxın!

Gördüyünüz kimi canı bahasına qazandıqları zəfərlə bizə bu gün oxuyub - oynama həvəsi verən oğulların çərçivəyə salınmış kiçik portretləri birbaşa səhnənin döşəməsi üzərinə - sevgidən oxuyan xanımın ayaqlarının yanına düzülüb.

Yox, təbii ki, səhnə tərtibatının müğənniyə aidiyyatı yoxdur. Doğrudur, ən azından o səhnədə oxumaqdan imtina edə bilərdi, etməyib.
İnsanlıq halı, bəlkə də ağlına gəlməyib.
Bəs tədbirin təşkilatçısı hansı düşüncə ilə səhnəyə bu cür dizayn düşünüb.

Yeri gəlmişkən, görüntülərə köklənən emosiyalarımız səbəbilə tədbirin açıqlamasını verməyi unutduq.

Bu gördüyünüz "konsert proqramı" "Salyan şossesi", "Şıxov çimərliyi" deyilən ərazidə - Xəzərin sahilində yerləşən "Eldorado"restoranında keçirilən, 15 iyun"Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbirdən qısa bir görüntüdür. Tədbirin təşkilatçısı isə deyilənə görə verlişləri və aparıcılarının davranışları ilə çoxlarının gülüş hədəfinə çevrilən bir "YouTube" kanalının rəhbəri Məleykə Göyçəli adlı xanımdır. Ən "ciddi verlişləri" ilə belə hər kəsdə gülüş doğuran bu kanal, bu dəfə əksinə - təşkil etdiyi əyləncə proqramı ilə - daha doğrusu əylənmək istərkən yol verdiyi ciddi yanlışı ilə izləyənləri qəzəbləndirib.

Özünü "ziyalı" adlandıran şəxslərin bilərəkdənmi, yoxsa bilməyərəkdənmi etdikləri bu hərəkət şəhidlər adına hörmətsizlikdir ki, bu da istənilən şəxs tərəfindən bağışlanması mümkünsüz olan günahdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam