Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Məşhurların -Zəfər sevinci

Məşhurların Zəfər sevinci - FOTO

8 Noyabr - Zəfər Günü ilə əlaqədar instaqram səhifələri üçrəngli Azərbaycan bayrağına boyanıb.

Yenixeber.org: Xalq artistləri, tanınmış musiqiçilər, aktyorlar və idmançılar sosial şəbəkələrdə dayanmadan paylaşımlar edir, Ali Baş Komandana təşəkkür sözləri ünvanlayır, şəhidlərimizə dualar oxuyub ailələrinə başsağlığı verir, qazilərə və Vətən müharibəsi iştirakçılarına cansağlığı arzu edirlər.

Xalq artisti Firəngiz Mütəllimova: “Zəfər Günün mübarək vətən, bu şanlı tarixi bizə canlı yaşadan, tarix yazan Ali Baş Komandanımıza, müzəffər ordumuza, əsgərlərimizə, zabitlərimizə, sərhədçilərimizə, qazilərimizə eşq olsun! Bu torpaqları qanı, canı bahasına bizə qaytaran şəhidlərimizə Allah Rəhmət Eləsin! Onların ruhu qarşısında baş əyirəm! Qazilərimizə Allah şəfa versin, Şuşa, sən azadsan! Qarabağ Azərbaycandır!”

Xalq artisti Tünzalə Ağayeva: “Hər qarışı can və qanla azad olunan Qarabağ, Şuşa, gözün aydın olsun! Ali Baş Komandanın bir əmri ilə Dəmir Yumruq və Müzəffər Ordumuz vətənə qələbə bəxş etdi, bizə fəthi bəxş edən Allaha sonsuz həmd olsun! Şəhidlərimizin ruhu şad olsun, qələbəmiz mübarək, gözün aydın, Azərbaycan!”

Xalq artisti Faiq Ağayev: “Zəfər Günün mübarək, Azərbaycan! Sən Qalibsən! Bütün dünya Qələbəndən danışır. Odlar Yurdum, Ana Vətən, Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!”

Xalq artisti Röya Ayxan: “Biz bu tarixi qələbəni döyüş meydanında şəhidlər verərək qazanmışıq. 44 gündə keçirdiklərimizi kəlimələrlə ifadə etmək mümkün deyil. Necə həyəcanlı idik. Qəhərləndik, ağladıq, çox qürurlandıq. Sevindik, gözü yaşlı şəkildə küçələrə axışaraq Zəfəri qeyd etdik. Bu, bizim ən böyük birlik nümayişimiz idi. Bizə bunu yaşadan oğullara, Ali Baş Komandana minnətdaram! Qarabağ Azərbaycandır!”

Rəsul Çunayev: “Azərbaycan təmiz qələbələr qazanır! Həm idmanda, həm də döyüş meydanında. Zəfər Gününü bu şüarla paytaxt sakinləri ilə birgə qeyd etdik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam