Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Bulaq abidə-kompleksinin açılışı olub-FOTOLAR


 

Yenixeber.org: Mayın 11-də Beyləqan rayonunun Bahar qəsəbəsində şəhid Ruslan Vəli oğlu Hüseynovun xatirəsinə inşa olunmuş bulaq abidə - kompleksinin açılışı oldu. Tədbirdə Cəbrayıl RİH-nin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və köməkçisi Rəşad Quliyev, Cəbrayıl RİHB-nın müavini Tapdıq Nəsirov, Beyləqan RİH aparatının rəsmiləri, şəhidin döyüş yoldaşları, zabitlər, şəhid valideynləri, media, televiziya nümayəndələri, kənd camaatı iştirak edirdilər. Əvvəlcə Bahar qəsəbə qəbiristanlığında şəhidin məzarı ziyarət edildi, önünə buketlər düzüldü. Daha sonra Dövlət Himnimizin sədaları ilə şəhid Ruslan Hüseynovun xatirəsi üçün düzəldilmiş bulaq abidə-kompleksinin açılışı oldu.

 

Şəhidin valideynlərinin giriş çıxışından sonra Cəbrayıl RİH-nin başçısı Kamal Həsənov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, Beyləqan RİHB-nin 1-ci müavini, şəhid valideynləri, şəhidin döyüşçü dostları şəhidin xatirəsi işığında ürək sözlərini dilə gətirdilər. Kənd məktəbliləri Ruslan Hüseynova həsr olunmuş şeirlər səsləndirdilər. Axırda məclis iştirakçıları üçün ehsan süfrəsi açıldı, şəhidin ruhuna dualar oxundu.

Qeyd edim ki, Beyləqanda 1-ci Şahsevən kəndində şəhid Vaqif Vüqar oğlu İsmayılzadənin də xatirəsinə bulaq abidəsinin açılışı oldu.

Onu da diqqətə çatdırım ki, şəhidlərimizin xatirəsinə bulaq abidə-kompleksinin inşası ölkəmizdə artıq bir ənənə şəklini alıb. Təsadüfdürmü? Ancaq təsadüflər də zərurətin ifadəsi olaraq ortaya çıxır. Bulaq nə deməkdir? Bulaq su mənbəyidir. Su isə həyat deməkdir. Şəhidlərimiz al qanlarını vətənin azadlığı yolunda axıtdılar, vətən torpağını müqəddəs al qanları ilə suvarıb, vətənə dirilik gətirdilər, vətənə can verdilər, vətənə həyat bəxş etdilər. Vətənimiz üçün canlarından-qanlarından keçdilər ki, vətən yaşasın. Nə qədər ki, vətən yaşayır, o qədər də vətən özünü vətənin yaşaması naminə qurban vermiş Ruslan kimi, Vaqif kimi şəhid övladlarının xatirəsini yaşadacaqdır.

Bax bu mənada bulaq abidə-kompleksinin açılışı özlüklərində həyat mənbəyi olan suyu simvolizə edir. Şəhidlərimiz öz əməlləri ilə vətənə həyat verdilər.

Burada digər bir mifik-həyati və rəmzi-fəlsəfi-metaforik anlam da vardır.

Mən 2-ci Qarabağ müharibəsi başlamamışdan öncə dəfələrlə Tərtər rayonunda, Tərtər şəhərinin mərkəzində olmuşdum. Tərtər şəhərinin içərisindən bir çay keçir – Tərtər çayı. Həmin çayın susuzluqdan bağrı yanmışdı, dodaqları cadar-cadar olmuş, çatlamışdı. İllər uzunu idi ki, Tərtər çayı su üzünə həsrət qalmışdı. Düzdür, təbii hadisə nəticəsində tədricən suyu quruyub çəkilən çaylar (çay yataqları) da olub. Tarixdə Quruçay mədəniyyəti adı ilə tanınan sivilizasiyanın da adında quru(muş) çay ifadəsi daşlaşıb-sabitləşib qalıb. Ancaq Tərtər çayının suyu təbii hadisə nəticəsində qurumamışdı. Mənfur düşmənlərimiz olan əhrimən xislətli ermənilər div-əcinnə kimi, qaranlıq-şər qüvvə kimi Suqovuşan su anbarının bəndini-bərəsini kəsib, Tərtər çayını çay-su üzünə həsrət qoymuşdular. Tərtər çayının mənsəbi-yatağı susuzdan illər idi ki, yanırdı.

Mifoloji qaynaqlarda, nağıllarımızda çayın qabağını kəsən əjdahaların camaatı aylarla su üzünə həsrət qoyduğunu çox oxuyub-eşitmişdik. Susuzluqdan əziyyət çəkən əhali əjdahaya insan qurbanı verdikdən sonra əjdaha çayın qabağını bir az açar, insanlar bundan sonra suya olan ehtiyaclarını dadar-doymaz ödəməyə çalışardılar. Ta o vaxtadək bu çətinlik davam edərdi ki, elin-obanın içindən bir qəhrəman oğul çıxar, gedib əjdahanı qanına qəltan eləyib öldürdükdən sonra çayın qabağı tam açılardı, elin-camaatın üzü gülərdi. Bax bizim düşmənlərimiz həmin əjdahaya dönüb suyumuzun qabağını kəsmişdilər. Nəhayət ki, 44 günlük vətən savaşında qəhrəman oğullarımız həmin əjdaha timsallı mənfur düşmənlərimizi məhv edib, Suqovuşanı işğalçılardan azad etdilər, Tərtər çayını yenidən bol su ilə təmin etdilər; eləcə də vətənimizin digər dilbər guşələrində həyat nişanəsi olan axar sular çağlamağa başladı, vətənimizə yeni nəfəs gəldi, dirilik gəldi. “Axar sularımız kəsilməsin” alqışımız həyata keçdi.

 

Bəli, igidlərimiz öz canları-qanları bahasına olsa da, suyun qabağını kəsən əjdahasifət erməniləri – yer üzünün əhriməni olan düşməni məhv edərək, vətənimizə Xızır kimi dirilik bəxş etdilər. Bu gün misilsiz şücaət göstərən şəhidlərimizin xatirəsinə açılışını etdiyimiz bulaq abidə-komplekslərinin bir rəmzi-fəlsəfi mənası da məhz bu reallığa söykənir. Ölkəmiz idman ölkəsi kimi tanınır. Ruslan Vəli oğlu Hüseynov idman arenadakı qaydasız döyüşünü hərbi arenasında açıq döyüşlə əvəzlədi. Əjdahasifətli mənfur düşmənlərimizi məhv edib, işğalda olan torpaqlarımızın azad edilməsində qəhrəmanlıqlar göstərdi. Çayın qabağını bağlayan əjdahanı öldürüb, çayın qabağını açan qəhrəman timsalındadır Ruslan. Onun bəndini-bərəsini əjdahadan-ermənidən təmizlədiyi çayın suyundan bir qol da ayrılıb yaşadığı-doğulduğu Bahar qəsəbəsinə gəlir. Ruslan bulağının suyundan hər içildikcə onun da ruhu sevinib şad olacaqdır. Çünki su həyat nişanəsidir, Ruslan isə gənc ömrünü doğma vətəninə həyat eşqi yaşatmaq uğrunda fəda etmişdir. Nə qədər ki, vətən uğrunda şəhid gedə biləcək övladları var, o qədər də vətən yaşayacaq, nə qədər ki, vətən varsa, o qədər də şəhidlərimiz yaşayacaq.

 

Şakir Albalı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam