Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“COVİD”Ə QARŞI VAKSİN AZƏRBAYCANA NƏ VAXT GƏTİRİLƏCƏK? -AÇIQLAMA

 

 Dünyanın aparıcı ölkələrinin məşhur virusoloqları COVID-19-a qarşı peyvəndin hazırlanması üzərində nailiyyət əldə etməyə yaxındırlar. Əldə olunan üç eksperimental vaksinin təhlükəsiz olduğu və immunitet yaratdığına dair ümidverici xəbərlər gəlir. Onlardan biri İngiltərənin Oksford Universitetində hazırlanır.

Yenixeber.org: Erkən sınaqlarının nəticələrinin ümidverici olduğu bildirilsə də, peyvəndlərin tam təhlükəsiz olduğu və uzunmüddətli immunitet yaratdığı hələ təsdiqlənməlidir. Bunun üçün üç vaksinin üçü də real həyat şəraitində genişmiqyaslı sınaqdan çıxmalıdır.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, məşhur “Pfizer” şirkəti koronavirus əleyhinə vaksini kliniki sınaqlardan keçirəcək və istifadə edə biləcək ilk kampaniya ola bilər. Dövlət başçısı qeyd edib ki, ABŞ hakimiyyətinin 100 milyon doza ala biləcəyi şirkət “Pfizer” ola bilər.

"Mənim administrasiyam vaksinin bəyənilməsindən sonra onun 100 milyon dozasının dərhal istehsalı və çatdırılması ilə bağlı “Pfizer”lə tarixi razılaşmaya nail oldu. Ümid edirəm ki, icazənin alınmasının prosesi çox sürətli olacaq", - deyə ABŞ prezidenti deyib.

Rusiya Müdafiə Nazirliyi də koronavirusa qarşı vaksinin klinik sınaqlarının fazasının uğurla başa çatdığını açıqlayıb. Sınaqlar akadamik N.Burdenko adına Baş hərbi klinikanın bazasında Qamaley adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzi ilə birgə həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam