Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

"Nar" ın “Gələcəyini Qur!” layihəsinə dəstəyi davam edir -FOTOLAR

 

 

 

“Nar”ın da dəstək olduğu “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin TED konfransı formatında növbəti görüşü baş tutub.

Yenixeber.org: "Yaradıcı düşüncə" mövzusuna həsr olunmuş konfransda məruzəçilər layihənin 6 dəyərlərindən biri olan yaradıcılıq və tənqidi düşüncə haqqında fikirlərini bölüşüblər. Tədbirin spikerləri yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlığa dair gənclərə təqdimatlar verib öz təcrübələrini bölüşüblər. Qeyd edək ki, layihənin iştirakçıları Bakının müxtəlif rayonlarında yerləşən orta məktəblərdə 11-ci sinifdə təhsil alan 85 şagirddir. 

Qeyd edək ki, “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi yüksək bilik və bacarığa malik olan 11-ci sinif şagirdlərini müəyyən edərək, onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir.

Layihə çərçivəsində “Nar” Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan 10 məktəblinin universitet hazırlığı xərclərinin ödənilməsini öz üzərinə götürüb. Məqsəd gənclər üçün təhsil imkanlarını daha da əlçatan edərək onların uğurlu gələcəyinə töhfə verməkdir.

“Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam