Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Qərənfilə bürünən şəhidlər: -Qanlı Yanvardan 31 il keçir - FOTOREPORTAJ

 

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. 

Yenixeber.org: Hər il olduğu kimi bu il də xalqımız şəhidlərini unutmur və onların xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət edirlər.

Azərbaycan xalqının faciəsi olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il ötür. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub.

Şəhidlər Xiyabanı yenə qərənfillərlə bəzədilib. Məktəblilər, cavanlar, qocalar, hər kəs bir nəfər kimi hələ bəzədilməkdə olan şəhidlərimizin məzarını ziyarət edərək ora gül dəstələri qoyublar. 

Xiyabanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Əməkdaşlarımız bu gün Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq görülən işlərlə tanış olub:

 (oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam