Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş infeksionist:“Əhalinin təhlükəyə reaksiyası qənaətbəxş deyil”

 

         Təyyar Eyvazov: “Belə bir şəraitdə nəzarətin gücləndirilməsinə ehtiyac duyulur”

Yenixeber.org: Koronavirus (COVID-19) infeksiyası ilə bağlı həm dünyada, həm də Azərbaycanda statistika ürəkaçan deyil. Yoluxmalar artır. Bu isə karantin rejiminin yenidən sərtləşdiriləcəyi, SMS-icazələrin bərpa olunacağı barədə söz-səhbətlərin yaranmasına səbəb olub. Elə həkimlər də bildirirlər ki, belə davam edəcəyi təqdirdə, karantin rejiminin daha da sərtləşdirilməsi qaçılmaz olacaq.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirdi ki, eyni vəziyyət əksər ölkələrdə müşahidə olunur:

“Hələ yay aylarında payızda yoluxma sayında artım olacağı ilə bağlı proqnozlar verilmişdı. Lakin onu da nəzərə almamaq olmaz ki, əhalinin bu təhlükəyə reaksiyası qənaətbəxş deyil. Hazırkı durumda karantin qaydalarına vətəndaşlarımız tərəfindən əməl olunma səviyyəsi bizi qane etmir. Hərbi vəziyyət, müharibənin doğurduğu fərqli situasiyanı da nəzərə almamaq olmaz. Belə bir şəraitdə nəzarətin gücləndirilməsinə ehtiyac duyulur. Növbəti günlərdə artımın davam edəcəyinı düşünürəm”.

İnfeksionistin sözlərinə görə, epidemioloji vəziyyətin dinamikasının öz qanunauyğunluqları var:

“Qəbul olunmuş bəzi sərtləşmə tədbirlərinın effektiv olub-olmamasını qiymətləndirməyin zamana ehtiyacı var. Yay aylarında hazırlıq tədbirləri çərçivəsində müvafiq çarpayı fondu da artırılmışdı, lakin yaddan çıxarmayaq ki, hazırda çarpayı fondunun bir hissəsi yaralılarımıza xidmət üçün ayrılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən artıq bir sıra sərtləşdirmə tədbirlərinə qərarlar verilib və yoluxma dinamikasının artımı davam etdikcə, bu istiqamətdə digər qərarların veriləcəyi istisna  deyil”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan tibb elmləri doktoru, professor Adil Qeybulla da infeksionistin sözlərini təsdiq etdi:

“Koronavirusa yoluxma sayında artımın müşahidə edilmə səbəbi insanların karantin qaydalarını ciddiyə almamasına görədir. İkinci Qarabağ müharibəsindən sonra bu məsələ arxa plana keçdi. Rayonlara gediş-gəliş artdı, qapalı yerlərdə, ictimai nəqliyyatda insanlar karantin qaydalarına əməl etməməyə başladı. Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Azərbaycan müharibə aparır. Virusun ön cəbhəyə sirayət etməsi ümumi işimizə xeyli ziyan vura bilər. Buna görə də mən hesab edirəm ki, xüsusilə qapalı məkanlarda karantin davranışları çox sərt olmalıdır. Müəyyən tədbirlər görüləcək, müəyyən sərtləşmələr olacaq, başqa əlacımız yoxdur”.

Həkim hesab edir ki, avqustun sonu, sentyabrın əvvəlində virusa yoluxma sayında azalmanın müşahidə edilməsi məhz karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı olub. O, eyni zamanda da vurğuladı ki, karantin qaydalarında yenidən ciddi sərtləşmə olsa, ilin sonuna tendensiya aşağı düşə bilər.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam