Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? —MİLLƏT VƏKİLİ

 

 

 "Ölkədə o zaman fövqaladə vəziyyət elan edilə bilər ki, virusa yoluxanların sayı bötövlükdə ölkəni əhatə etsin".
Yenixeber.org: Bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, hazırda tətbiq edilən sərt karantin rejimi vəziyyətə uyğundur:


“Virusa yoluxanların əksəriyyəti bu gün karantin rejimi tətbiq edilən zonalardadır. Düzdür, hazırda gündəlik yoluxma sayında artım müşahidə olunur, amma bu, o demək deyil ki, fövqaladə vəziyyət elan edilməlidir. Yoluxma sayının arması aprel ayının sonunda karantin rejiminin yumşaldılması ilə bağlıdır. Mart-aprel aylarında gündəlik 60-70 yoluxma qeydə alınırdı. Bu baxımdan düşünürəm ki, hazırda tətbiq edilən xüsusi karantin reşimində də yoluxma sayı yenidən bu səviyyəyə düşəcək". 


Millət vəkili həftəsonları tətbiq edilən xüsusi karantin rejiminin effektsiz olduğunu bildirib:


“Həftəsonu qadağaları öz səmərəsini vermədi. Dünya, o cümlədən Azərbaycan ilk dəfədir ki, belə bir ağır virusla qarşı-qarşıyadır. Demək olar ki, təcrübə günün nəticəsinə görə əldə edilir. Virusla mübarizədə bütün vasitələrdən, beynəlxalq təcrübələrdən istifadə etməkdə fayda var. Düzdür, bəzən bu təcrübələr effektsiz ola bilər, amma başqa yol da yoxdur”.(redaktor)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam