Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Karantin rejiminin sərtləşdirilməsi zəruri idi” -Adil Qeybulla

“Karantin rejiminin sərtləşdirilməsi zəruri idi” -  Adil Qeybulla
Sərt karantin rejiminin zəruriliyi xəstəliyin sürətlə artması ilə əlaqədardır. İnsanların vəziyyəti qəbul etməməsi, karantin davranışlarına riayət etməməsi acınacaqlı vəziyyət yaradıb.
Yenixeber.org: Bunu açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanalarda 7 min çarpayı fondu var, onlar dolsa, insanlar harada müalicə alarlar.

"Yoluxma sayının artması ilə əlaqədar bəzi xəstələrin ev şəraitində müalicə məsələsi aktuallaşıb. İtaliyada belə olmuşdu və böyük ajiojataj yaratmışdı. Abşeron yarımadasında 60 faizdən çox yoluxma var. Bu səbəbdən sərt karantin rejimi elan edildi".

A.Qeybulla bildirib ki, sərt karantin tədbirləri insanlar arasında təmasların azalmasına yönəlib. Vətəndaşların qaydalara əməl etməməsi yoluxma sayının artması ilə nəticələnir.

"İnsanlar karantin qaydalarının şərtlərinə ciddi əməl etməlidir. Qaydaları pozmaq üçün yollar axtarmamalıdır. Bütün şərtlərə əməl edilməsi vacibdir. Vətəndaşlar vəziyyətin ciddiliyini başa düşməli, buna uyğun hərəkət etməlidirlər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam