Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÜST -Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirib

 

“Qəti şəkildə bildirmək istəyirəm ki, karantin qaydalarının yumşaldılması şəraitində qətiyyən kütləvi yığıncaqlar keçirmək və toplaşmaq halları olmaz”.

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deyib.

ÜST rəsmisinin sözlərinə görə, mütləq şəkildə şəxsi gigiyena qaydalarına əməl edilməlidir:

“Əsas önəmli olan odur ki, virusa yoluxmanın qarşısını alan amilləri biləsən. O amili ki, yoluxmanı azaldır. Bunu bilmək vacibdir. Çünki yoluxma artanda onun qarşısını almaq çətinləşir. Başqa amil isə nəzarətdir ki, yoluxmuş insanlarla sağlam insanlar bacardıqları qədər ünsiyyətdə olmasınlar. Mən potensial yoluxmuş insanları sağlam insanlardan təcrid etməyi əhəmiyyətli sayıram. Çünki karantin qaydaları yumşaldıqdan sonra insanların kütləvi şəkildə küçələrə axınının şahidi oluruq. Bu hal da sonradan kütləvi yoluxma ilə müşahidə olunur. Ona görə də belə yerlər mütləq şəkildə dezinfeksiya olunmalı və xüsusi təmizliyə riayət edilməlidir.” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam