Rəsulzadə və Qandinin istiqlal davası-Xaqani Cəfərli yazır
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 16-da İrəvanda keçirdiyi onlayn-mətbuat konfransı zamanı azərbaycanıların Hitler Almaniyası ilə əməkdaşlıq etməsi ilə bağlı “tarixi faktlar” sadalaması ilə bağlı məlumat sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Paşinyanın niyyətinin nə olduğu ağılı başında olan hər kəsə məlum olduğu üçün bu məqama toxunmaq istəmirəm.
Qeyd etmək istədiyim məsələ başqadır. Sovet adamı pisxologiyasından xilas olmamış postsovet adamı ikinci dünya müharibəsi, 9 may və Hitler Almaniyası ilə bağlı məsələlərdə doğma vətəninin istiqlalı ilə bağlı nümayiş etdirmədiyi bir həsaslığı nümayiş etdirir.
Müstəqil ölkənin azad vətəndaşına çevrilə bilməyən postsovet adamı müstəmləkə xalqların istiqlal hərakatını təmsil edən şəxsiyyətlərin tarixin ziddiyətli mərhələlərindəki bəzi addımlarının mahiyyətini anlaya bilmir. Postsovet adamlarının diqqətinə bəzi mqamları çatdırmaq istərdim.
Hindistanın azadlıq hərakatının lideri Mahatma Qandi Adolf Hitlerə iki məktub yazıb. Hər iki məktub “Əziz dost” müraciəti ilə başlayır və “Səmiyyətlə sizin M.K.Qandi” imzası ilə bitir. Böyük Britaniya müstəmləkəçiliyinə qarşı istiqlal hərəkatı başlatmış Mahatma Qandinin İngiltərəyə qarşı müharibə aparan Hitlerə rəğbət bəsləməsi faşizmə rəğbət kimi qəbul olunmur.
Bu gün heç kim Qandini faşizmə rəğbət bəsləməkdə ittiham etmədiyi kimi Rusiya müstəmləkəçiliyinin bütün qəddarlığını yaşayan xalqların istiqlal hərakatı təmsilçilərinin Hitlerin Sovet İttifaqına qarşı müharibəsindən yararlanmaq istəyənə görə də ittiham edə bilməz. Rusiya müstəmləkçiliyin əsir xalqlar üçün faşizmdən az təhlükəli hesab edənlərə isə görkəmli tarixçi alim Aydın Balayevin “Azerbaydjanskaya natsiya” kitabını oxumağı məsləhət görürəm.
Əlbətdə, bunu sovet adamı pisxologiyasından xilas ola bilməyən postsovet adamının istiqlal hərəkatının mahiyyətini anlaması mümkün deyil. Çünki, bu adamlar üçün vətən müstəqil dövlətləri yox, tarixin zibilliyinə atılmış Sovet İttifaqıdır. Belələrinin Azərbaycan xalqının üç min illik tarixi boyu yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Məhəmməd Əmin Rəsulzadənin istiqlal davasını anlaması da mümkün deyil.