Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN-dən Paşinyanın Dilqəm və Şahbazla bağlı açıqlamasına CAVAB

XİN-dən Paşinyanın Dilqəm və Şahbazla bağlı açıqlamasına CAVAB

Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur.

Yenixeber.org: Bunu açıqlamasında Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxmasına münasibət bildirərkən XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi:

"Bu addım, həmçinin onun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi.

Ermənistanın baş naziri vəzifələrini icra edən N.Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən birisi olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu bəyanat Paşinyanın sələfi S.Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir".

Qeyd edək ki, Ermənistan baş naziri vəzifəsini icra edən N.Paşinyanın mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki Azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam