Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əliyev Paşinyanın savadsızlığını belə üzə çıxardı-Erməni mediası

 

Əliyev Paşinyanın savadsızlığını necə üzə çıxardı?

“Azərbaycan əslində Paşinyanın çoxdan bildiyimiz tarixi savadsızlığını üzə çıxara bildi, amma ümid edirdi ki, bu xaricə məlum olmayacaq”.

Yenixeber.org: Bu fikirlər erməni mediasında öz əksini tapıb.

Ermənistanın zham.am saytında yayımlanan “Niyə Əliyev özünə Paşinyanı lağa qoymağa rəva bilir?” başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycan Prezidentinin Njdeni Molotov və Soljenitsınla müqayisə edən Paşinyanın tarixi faktlardan tamamilə anlayışının olmadığını göstərməsi ilıə bağlı fikirləri yer alıb.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb. Azərbaycan dövlət başçısı daha sonra Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib. Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.

Bu fikirləri Nikol Paşinyanın üzünə deyən İ. Əliyev belə bir beynəlxalq toplantıda erməni baş nazirini diskussiyaya sürükləyə bildi və faktiki olaraq Ermənistan baş nazirinin dərin savadsızlığını  üzə çıxardı.

Prezident bu çıxışı ilə göstərdi ki, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu sübut edir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilib. Erməni faşizmi nasizmdən daha qəddardır və müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Bu İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyana tərs bir şilləsi kimi qiymətləndirilir.

Həmin toplantıda Paşinyanın Soljenitsi ilə Njdeni uğursuz müqayisəsi isə Ermənistanın “sükanı arxasında” əslində savadsız birinin durduğunu göstərdi. 

Bilməyənlər üçün qısa olaraq bildirək ki, Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoyub.

Qaregin Njde Daşnaksütun partiyasının üzvü olub. I Balkan müharibəsində Osmanlıya qarşı döyüşlərdə iştirak edib. Vedibasar və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə döyüşlərdə iştirak edir. 

1933-cü ilin yayında o ABŞ-a köçür. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. 

Lakin sovet hərbi əkskəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölür.

Bildirək ki, Paşinyanı Njdeni müdafiə etməsindən sonra Rusiya mediasında bunu pisləyən materiallar yayılıb. “Hitler ilə əməkdaşlıq etmiş xadimə bəraət qazandırılması yolverilməzdir. Bu, mümkünsüzdür və cinayətdir. Tarixin məhkəməsi artıq öz qərarını verib: Hitler və onun havadarları cinayətkardırlar”.

Rusiya tarixçiləri və politoloqları Ermənistan rəhbərinin savadsız və faşizmə bəraət qazandıran çıxışını tənqid atəşinə tutublar. Rusiya Tarixi İnstitutunun baş elmi işçisi Yuri Jukovun sözlərinə görə, Hitler ilə əməkdaşlıq etmiş birinə bəraət qazandırılması yolverilməzdir. “Ermənilər “böyük Ermənistan” konsepsiyasının həyata keçirilməsi xəstəliyinə mübtəla olublar. “Mən heç cür anlaya bilmirəm ki, Hitlerin əlaltısını necə qəhrəman elan etmək olar!” - deyə tarixçi vurğulayıb. Onun fikrincə, Ermənistanda güclənən milliyyətçilik meyillərinin sonu yaxşı qurtarmayacaq. Bu siyasət yalnız uçuruma aparır. Ermənistan BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə səs verir, sonra isə nasizm havadarlarına heykəl qoyur.

Digər tarixçi Yuri Nikiforov bildirib ki, Njde və vermaxtın erməni legionunun digər komandiri Dro kimi tanınan Drastmat Kanayan nasistlərlə əməkdaşlıq edib, ermənilərdən ibarət hərbi birləşmə yaradıb.

Bu gün Ermənistanda milliyyətçilər Njdenin Hitler ilə əməkdaşlığını vətənpərvərlik kimi qələmə verirlər. Njdeyə heykəl qoyulması ictimaiyyətin gözündə ona bəraət qazandırmaq deməkdir. İnanclı insanların dili ilə desək, bu, iblislə razılığa girməkdir. İblislə oynamaq isə mənasızdır. O, istənilən halda, aldadacaq. Rusiya cəmiyyəti Njde kimi adamlara heykəl qoyulmasının tamamilə əleyhinədir. Nasizm şərdir. Şər və ona qulluq edənlər həmişə günahkardırlar.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Paşinyanın Njdeyə bəraət qazandırmaq cəhdinə təəssüfləndiyini bildirib. O deyib: “Mən Paşinyana “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” 12 cildlik ensiklopediyanı oxumağı tövsiyə edərdim. Orada Rusiya xüsusi xidmət orqanlarının Njde ilə bağlı rəsmi rəyi yerləşdirilib. Ensiklopediyanın 6-cı cildində yazılıb: “114-cü abver qrupuna dair agentura işi əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, immiqrant, “Njde” təxəllüsü altında almanlara qulluq etmiş Ter-Arutyunyanı həbs ediblər. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində 30-dan çox erməni millətindən olan agenti öz tərəfinə cəlb edib, onların diversiya hazırlığında və Qızıl Ordunun arxa cəbhəsinə göndərilməsində iştirak edib. Onlardan 17 nəfəri həbs edilib, qalanları isə axtarışa verilib”. 

Tarixçinin sözlərinə görə, müasir Rusiyada əmindirlər ki, Njde SSRİ ərazisində təxribat-terror aktları törətmək üçün terrorçular hazırlayan nasist agenti olub. Paşinyanın bu gün ona bəraət qazandırması, əməllərini ört-basdır etməsi yalnız təəssüf doğurur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam