Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Amerikalı diplomat: “Rusiya müharibənin tarixini saxtalaşdırır”

Amerikalı diplomat Rusiyanı tarixi qəsdən təhrif etməklə, özünütərifi dayandırmağa çağırıb.

Yenixeber.org: ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) səfiri Ceyms Qilmor bunu ATƏT Daimi Şurasının virtual iclası zamanı bildirib.

O, Çərşənbə axşamı günü keçirilən toplantıda Moskvanı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasına son qoymasını istəyib.

Diplomat vurğulayıb ki, “Sovet İttifaqının hərbi və mülki əhalisi faşistləri məğlub etmək üçün çox böyük fədakarlıqlar göstərib və biz bu qurbanlara tam ehtiramla yanaşırıq. Həm də unutmayaq ki, İkinci Dünya müharibəsi 1939-cu ildə başlayıb. Hitler və Stalin o vaxt Şərqi Avropanı Sovet İttifaqı və nasistlərin nəzarətində olan bölgələrə ayıran bir pakt imzalayıblar. Əminəm ki, bu gün polyak dostlarımız bu həqiqəti bir saniyə də unutmayıblar”.

Amerikalı diplomat görüş iştirakçılarına 1945-ci ildə bir çox Avropa ölkəsinin əslində, azadlıq əldə etmədiyini, ancaq “Sovet İttifaqının az qala 50 illik təzyiqi” altına düşdüyünü xatırladıb.

“Beləliklə, əsl qurtuluş yolu uzun olub və bəzi hallarda, keçmiş sosialist düşərgəsi ölkələri hələ də bu yolu davam etdirir”.

Ceyms Qilmor deyib: “Biz Rusiyanı tarixin qəsdən təhrifinə əsaslanan özünütəriflə məşğul olmağı dayandırmağa çağırırıq. Rusiyanın yol verdiyi tarixi saxtalaşdırmaya qarşı Avropa tərəfdaşlarımızla həmrəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam