Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənilər şokda: Ermənistanda virus çox sürətlə yayılır

COVİD-19-un postsovet məkanında ən sürətli yoluxma tempi işğalçı ölkədədir; apteklərdə elementar qoruyucu vasitələr tapılmır; Paşinyan hakimiyyətdən devirdiyi rejimin təmsilçilərinə üz tutdu; Ermənistan fəlakətin astanasına gözlənildiyindən tez gələ bilər...

Yenixeber.org: Cırtdan Ermənistanda koronavirus gözlənildiyindən də sürətlə yayılmağa başlayıb. Dünənə olan rəsmi məlumata görə, ölkədə COVİD-19-a yoluxanların sayı 90-a yaxınlaşıb. 444 nəfər karantinə alınıb, daha 799 nəfər isə öz evlərində təcrid  olunmağı xahiş ediblər. Yoluxanların 81%-i erməni katolikosun oturduğu Eçmiədzində qeydə alınıb.

Cəmi 2-3 milyon əhalisi olan kasıb bir ölkə üçün, yəni həm əhali nisbətində, həm də iqtisadi imkanlara nəzərən, bunlar kifayət qədər böyük rəqəmdir. Onu da bildirək ki, 2 gün öncə hökumət Ermənistanda aprelin 14-dək, bir aylıq fövqəladə vəziyyət elan edib. Hökumət həm də bu kimi zəruri ön təbirlərə gec başlamaqda ittiham olunur.           

*****

“Bu gün virusun yayılması tempinə görə Ermənistan postsovet məkanında birinci yeri tutur”. Erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri işğal altındakı Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma seçkilərdə “prezidentliyə” namizəd, keçmiş səhra komandiri və Xocalı hərbi canilərindən biri Vitali Balasanyan deyib. Məlumatlara görə, əslində işğal altındakı Dağlıq Qarabağda da virus tapılıb, sadəcə, onu açıqlamaq istəmirlər.  

ermənistanda koronavirus ile ilgili görsel sonucu

Bu arada koronavirusla əlaqədar Ermənistanda yaranan situasiya, o sırada qonşu İran və Gürcüstanla sərhədin bağlanması ucbatından iqtisadiyyatın pisləşməsi əhaliyə “iqtisadi inqilab” vədi verən Paşinyan hökumətini həddən artıq qəliz vəziyyətə salıb. Bu haqda yazan “Qraparak” qəzeti qeyd edir ki, vəziyyətdən çıxmaq üçün indiki hökumət nümayəndələri hətta keçmiş hökumətin təmsilçilərinə müraciət etmək zorunda qalıb (Axar.az).

Belə ki, srağagün parlamentdə hazırkı hökumət nümayəndələri ilə onların sələfləri arasında qapalı görüş keçirildiyi bildirilir. Görüşə keçmiş maliyyə naziri Vardan Aramyan, baş nazirin keçmiş müavini Vaçe Qabrielyan, maliyyə məsələləri üzrə ekspert Ovannes Avetisyan və iqtisadçı Aşot Xurşudyan dəvət edilib. Görüşdə əsas müzakirə mövzusunun ölkəni iqtisadi tənəzzüldən qurtarmaq yolları olduğu deyilir.

*****

Məsələ ondadır ki, koronavirusa qədər də Ermənistan iqtisadiyyatında tənəzzül yaşanırdı. Çünki “məxməri” inqilaba rəğmən, Azərbaycan torpaqlarının işğalı səbəbilə davam edən blokada rejimi ölkədə heç bir pozitiv iqtisadi islahata və yüksəlişə şans vermir, o ki ola “iqtisadi inqilab”. Bu yandan da koronavirusun qaçılmaz elədiyi daha sərt izolyasiya rejimi. Bu, cırtdan Ermənistanı fəlakətin astanasına lap tez gətirə bilər.    

ermənistanda koronavirus ile ilgili görsel sonucu

Bir şey dəqiqdir ki, COVİD-19 adı verilən virus ən çox Paşinyan hökumətini vuracaq. Onun hakimiyyətdən devirdiyi qüvvə ilə əməkdaşlığa getməsi isə bu fonda “məxməri” baş nazirə etimadı bir az da sarsıdacaq. İqtisadi-sosial rifahdan danışmağa isə ümumiyyətlə, dəymir. Paşinyan iqtidarı indi heç paytaxt İrəvanda əhalini qoruyucu maska və müvafiq dezinfeksiyaedici vasitələrlə təmin edə bilmir, nəinki lazımi ərzaq məhsulları və normal iş yerləri ilə.  

Söz düşmüşkən, dünən Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanla birgə İrəvanın apteklərinə baş çəkməyə qərar verib. Məlumata görə, apteklərdəki müşahidələrini sosial şəbəkədə birbaşa yayımlayan baş nazir bir sıra malların defisit olduğunu aşkarlayıb.

“Maska, spirt yoxdur”, - aptekin işçisi Paşinyana və Arutunyana bildirib. İşçi malların neçə gündür olmaması barədə suala “iki gündür yoxdur” cavabını verib (Publik.az).

armenia coronavirus ile ilgili görsel sonucu

“Bu, pisdir. Maska problemi haqqında bilirik, amma alkoqol olmalıdır” - baş nazir bildirib. Ardınca Paşinyan və Arutunyan başqa aptekə daxil olublar. Həmin aptekdə də spirt tapılmayıb. Baş nazir həmçinin üçüncü aptekdə də həmin malların yoxluğunun şahidi olub.

*****

Situasiya yəqin ki, daha da ağırlaşmaqda davam edəcək. Ən əvvəl o səbəbə ki, Ermənistan müstəsna olaraq, idxal və xarici ianə hesabına yaşayan parazit ölkədir. Hətta Sovetlər Birliyi dönəmində də Ermənistan SSR Moskvanın ayırdığı dotasiyalar hesabına mövcud olub.

Ancaq indi donor ölkə olan Rusiyanın, “nəfəslik” rolu oynamış İranın öz vəziyyəti yaxşı deyil. Odur ki, işğalçı ölkə özü öz başına çarə qılmaq zorundadır. Necə? Bunu da görəcəyik. Ermənistan Nikol Paşinyan iqtidarı ilə birgə COVİD-19 sınağından, sadəcə, çıxmaya da bilər             

“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam