İranın informasiya naziri İslam Respublikasının Emmanuel Makronudur? – "FOREIGN POLICY"
Ruhullah Fəqihi
“Foreign Policy”, 25.10.2019
Yenixeber.org: Avqustun 22-də məni çaya və şirniyyata qonaq edən İranın informasiya və kommunikasiya texnologiyaları (İKT) naziri Məhəmməd Cavad Azəri Cəhromi ded: “Mən “Twitter”-də sosial mediaya məhdudiyyət qoymağına inanmadığımı bildirmək üçün aktivəm”.
37 yaşlı Azəri Cəhromi prezidenti Həsən Ruhaninin kabinetində 1979-cu il İslam İnqilabından sonra anadan olan yeganə nazirdir. İran mediasında “gənc nazir” kimi tanınan bu şəxs İran sosial media istifadəçiləri ilə daim və birbaşa təmasdadır.
“Facebook” və “Twitter” daxil olmaqla, bir sıra sosial şəbəkələrin qadağan olunduğu İranda bu qeyri-adi haldır. Lakin məhdudiyyətlər insanların bu platformaları tərk etməsinə səbəb olmur, xüsusən də getdikcə populyarlaşan “Twitter”. İranlılar bloklanmanı keçmək üçün virtual özəl şəbəkələrdən istifadə edir, telefonlarına “anti-proxy” əlavələr yükləyir, bu da VPN-əlavələri gəlirli bir iş halına gətirir.
İslahatçılar və mötədillər, habelə Ruhaninin kabinəsindəki bəzi şəxslər üçün, məsələn, xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azəri Cəhromi kimi, “Instagram” və qadağan edilmiş “Twitter” yerli və qlobal auditoriyaya çatmaq üçün iki qiymətli kürsüdür, çünki İranda ən çox yayılan media – İran İslam Respublikası dövlət televiziya kanalı (İRİB), mühafizəkarlar tərəfindən idarə olunur (, İRİB-nin sədrini ölkənin Ali Rəhbəri təyin edir) və radio və televiziya-radio inhisarına malikdir. İRIB, “Instagram” da daxil olmaqla, sosial şəbəkələri özünə təhdid olaraq görür.
10 il əvvələ qədər müşahidəçilərin çoxu İKT Nazirliyinə telefon naqillərini qorumaq və İnternet yükləmə sürətlərini izləmək funksiyasından başqa səlahiyyəti olmayan bürokratik aparat kimi baxırdı. Ancaq vəziyyət dəyişir. İndi nazirlik ciddi iqtisadi, siyasi və texnoloji gücə çevrilib. İndi nazirlik “Snapp” və “Tap30” kimi startaplar üçün infrastrukturun hazırlanması, milyonlarla istifadəçisi olan “Uber”-in İran ekvivalenti, həmçinin “YouTube” kimi veb saytların bloklanmasının qarşısını alma təşəbbüslərini irəli sürmək məkanıdır.
Azəri Cəhromi Fars əyalətinin cənub-qərbindəki Cəhrom şəhərində, kasıb bir ailədə böyüyüb. 1980-ci illərdə İran-İraq müharibəsi zamanı 16 yaşlı qardaşını itirib və gələcək xanımı ilə elektrik mühəndisliyi təhsil aldıqları Tehrandakı Güc və Su Texnologiya Universitetində tanış olub.
Müsahibə əsnasında, əksər məmurlardan fərqli olaraq, daim zarafat edərkən, mənimlə açıq və səmimi idi, daim də zarafat edirdi. Bənzər bir rəftardan istifadə edərək, o, gənc nəslin sosial şəbəkələrə girmə tələblərini dəstəkləməklə yanaşı, onları öz müavinləri adlandırmaqla da diqqəti özünə yönəldib.
Son aylarda Azəri Cəhrominin 2021-ci ilin prezident seçkilərində iştirak edə biləcəyi ilə bağlı xəbərlər və şayiələr meydana çıxıb. “İnsanlardan seçkidə iştirakla bağlı sorğular almışam, amma bu barədə heç düşünməmişəm, – o əsl siyasətçi kimi dedi. – “Bu, cəmiyyətin tezliklə böyük bir dəyişiklik görmək istəyindən qaynaqlanır”.
Azəri Cəhromi əlavə edib ki, bir çoxları dəyişikliyin yalnız gənclərin siyasətə girməsiylə reallaşacağını düşünür. 1924-cü ildə inşa edilən, 20 il əvvəl radio stansiya muzeyinə çevrilən binada oturub söhbət edərkən, o deyib: “Ancaq bu mövzuda hələ bir nəticəyə gəlməmişəm”.
Azəri Cəhromi İran mediasında praqmatik olaraq görülür və özünü əsas siyasi cərəyanlardan, o cümlədən islahatçılardan və sərt tənzimçilərdən iraq olmağa çalışır. Sərt tənzimçilər onu potensial prezidentliyə namizəd hesab etdikləri üçün daim onunla toqquşurlar. Əslində, onların nazirin mümkün namizədliyini əngəlləmək üçün plan hazırladığı və ya ən azından ona qarşı şayiələr yaratmaqla, seçicilər arasında nüfuzdan saldıqları bildirilir. Ancaq bu, uğurlu olmaya bilər.
Son illərdə İranda sıravi insanlar siyasi səhnədəki islahatçı və mühafizəkar xaç atalardan getdikcə daha çox usanır və məyus olurlar.
ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxmasından sonra Ruhaninin mövqeyi ciddi şəkildə zəifləyib, bu da iqtisadiyyatın pisləşməyə başlaması ilə populyarlığının azalmasına səbəb olub. Bunu qabardan sərt tənzimçilər qəribə bir şəkildə güman edir ki, seçicilərin narazılığı onların adi insanların səslərini toplamağa müvəffəq olmaları deməkdir. Amma İran əhalisinin əhəmiyyətli bir hissəsi, Ruhaninin iqtisadiyyatı yaxşılaşdırmaq və sosial azadlığı artırmaq cəhdlərinə əngəl törətmənləri barmaqla göstərir.
Son onilliklərdə siyasi karyera qurmaq istəyən hər hansı bir şəxs əsas siyasi düşərgələrdən birinə qoşulmağa və özünü islahatçı və ya mühafizəkar adlandırmağa çalışıb. Azəri Cəhromi bunun əksini edib; siyasətdən və ya islahatçıların, yaxud mühafizəkarların lehinə danışmaqdan çəkinib. İnsanların narazılığına səbəb olan elitlərdən daha çox özünü adi insanlarla bağlamağa səy göstərib.
Bu, sırf strateji ola bilər, amma əlbəttə, “Instagram” və “Twitter”-də insanlarla birbaşa dialoqdan xeyir qazanıb; burada o, adətən, çox sayda insanın şərhlərinə cavab verir, fərqli seçicilər arasında fanat bazasını yaradır.
Azəri Cəhrominin siyasi iddiaları qeyri-müəyyən olaraq qalır. “Mən İrandakı siyasi qrupların heç bir fəaliyyətində iştirak etməmişəm və əsasən işim və texniki məsələlərimlə məşğul olmuşam, amma bu, mənim heç bir siyasi mövqeyim olmadığını bildirmir. Deyə bilərəm ki, bir neçə məsələdə islahatçılara, digərlərində isə mötədil mühafizəkarlara yaxın olardım. Ancaq praqmatik olmağa çalışmışam”.
Ruhani Azəri Cəhrominin kabinəyə namizədliyini irəli sürdüyü ilk günlərdə parlamentdəki islahatçılar ona sərt şəkildə qarşı çıxıblar. Onlarla məsləhətməşdiyi üçün. Həm də onun təhlükəsizlik xitmədi mənşəyi və daha çox məhdudiyyətin qüvvəyə minə biləcəyindən narahat idilər (2002-2009-cu illərdə Azəri Cəhromi kibertəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunmasına diqqət yetirən Kəşfiyyat Nazirliyinin texniki şöbəsində xidmət edib.)
Azəri Cəhromi, xüsusən İranda “Instagram”ın qarşısını alma cəhdlərinə sədd çəkdikdən sonra islahatçıları sərt tənzimçilərin hücumları qarşısında onun arxa durmağa sövq edərək tədricən imicini yaxşılaşdırmağa müvəffəq olub. Hazırda islahatçılar Azəri Cəhromini dəstəkləyən əsas qruplardan biridir.
Azəri Cəhromi və Ruhani keçən il məşhur mesajlaşma platforması olan “Telegram”-a orta səviyyəli bir hakim tərəfindən maneə törədilməsindən sonra sərt mənzimçilərin tənqid atəşinə tutulub, çünki prezident belə hərəkətlərə mane olacağını vəd edib.
Nazir deyir: “Məhkəmə orqanları və hakimlər müstəqil olaraq genişzolaqlı provayderlərə, istədikləri veb saytları bağlamaq barədə əmr verə bilərlər. “Telegram”la bağlı bu baş verib, halbuki bunu istəmirdik. “Telegram”-a qadağa qoymazdan əvvəl onu bloklamadığım üçün təzyiq altında idim. Təzyiqlərə dözə bildim, amma qəfildən məhkəmə hakimiyyəti işə müdaxilə etdi”.
İrandakı hakimiyyətin üç qolu bir-birindən asılı olmadan işləyir və məhkəmə başçısını Ali Rəhbər təyin edir.
Məhkəmə hakimiyyətinin rəhbəri Ayətullah Sadiq Amoli Laricani o vaxt “Telegram”-a görə “bu platformada hüquqları pozulan müxtəlif insanlarla bağlı” coxsaylı cinayət işlərinin açıldığını bildirib. Ancaq bu işin arxasında sərt tənzimçilərin durduğu aydın idi.
Parlamentdə və mətbuatda olan sərt tənzimçilər Azəri Cəhromiyə qarşı hücumlarını davam etdiriblər. Onlar inanırdılar ki, “Telegram”-ın bloklanmasının qarşısını almaqdan ötrü nazir tabeliyindəki vəzifəli şəxslərə gizli tapşırıq verib.
Tənqidlərə baxmayaraq, Azəri Cəhromi “Twitter” və “YouTube”-un bloklanmaması təşəbbüsləri, İranda “Instagram”-ın açıq qalmasının lehinə lobbiçiliyi davam etdirib. İranın bir sıra nazirlərinin dəstəyini qazanıb, məktublar yazıb və hədəfinə çatmaq üçün lsəylərdən usanmayıb. Baxmayaraq ki, baş prokuror hələ də onun təşəbbüsünə qarşı çıxır.
Azəri Cəhromi “Twitter” kimi qadağan edilmiş sosial şəbəkələrdən bu şəbəkədə çox fəal olan sərt rəqiblərinə qarşı hücum üçün istifadə edib.
Zəriflə yanaşı, Azəri Cəhromi kiberməkanda tam inhisar axtaran ultramühafizəkarların nəzarətində olan dövlət yayımçısı IRIB-də maliyyə pozuntularını aşkar edilərkən, iki nazir qadağalara qarşı mübahisə etdikləri üçün sərt tənzimçilərin hədəfi olaraq qalır.
Dövlət televiziyasının rəhbərliyi parlamentdə büdcə payıları bölüşdürülərkən, İRİB-in lehinə qanun qəbul etməyə, habelə yalnız İRİB-ni onlayn TV və ya “YouTube”un yerli versiyalarını işə salmağa icazə verən yeganə təşkilat olmaya dair qanun layihəsini qəbul etməyə çalışıb. Qarşıdurma Azəri Cəhromiyə baha başa gəlib, çünki İRİB öz kanallarına onun çıxışının yayımlanmasını qadağan edib.
Yanvar ayında İranın görüntü və telekommunikasiya missiyalarını həyata keçirmək üçün hazırlanmış “Pəyam” (“Mesaj”) peykini işə salmaq cəhdləri, ABŞ-ın peykdaşıyıcının nüvə raketləri üçün də istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıqları ucbatından orbitə çıxa bilməyib. Azəri Cəhromi İranın peykinin uğursuzluğunu “Twitter”-də bildirib – hökumətin şəffaflığını həyata keçirib. İranlılar bu cür hadisələr barədə ümumiyyətlə, Qərb mediası vasitəsi ilə məlumatlandırılsalar da, İranın peyk proqramının həmişə gizli qaldığını nəzərə alsaq, onun bu hərəkəti köhnə “sepah”çıların tənqidinə tuş gəlib.
Azəri Cəhromi bu addımını hökumətin şəffaflığının əlaməti olaraq müdafiə edib. “Dünyada, adətən, təcrübələrin nəticələri elan edilir. Ölkəmizdə uğursuzluqla əlaqəli heç bir xəbərin yayımlanmaması barədə arqumentlərlə üzləşə bilərik. Ancaq bu ənənə doğru deyil, çünki uğursuzluq uğura doğru bir addımdır. Uğur bizdən xalqa diqqət etməyimizi tələb edir. Bir siyasətçi öz qərarını və tədbirlərini ictimaiyyətlə bölüşdükdə, təpki aydın olur… İctimai rəylə birbaşa əlaqəsi olmayan hər hansı bir rəhbərlik uğursuzluğa məhkumdur”.
Azəri Cəhrominin nazirliyi heç bir siyasi ağırlığı olmayan orta səviyyəli dövlət orqanı idi, ancaq “Stuxnet” – İranın nüvə proqramını hədəfə almış mükəmməl kompüter qurdu 2010-cu ildən bu yana kiberhücumda istifadə ediləndən nazirlik kiber hücumlara qarşı səngər halına gəlib. ABŞ tərəfindən sifariş verildiyi bildirilən hücumların faş olunub.
“Dəfələrlə bir sıra aktyorlar, xüsusilə də ABŞ tərəfindən kiberhücumlarla üzləşmişik. Bu günə qədər ABŞ hökuməti tərəfindən İranın enerji, neft və müdafiə şəbəkələrini pozmaq üçün bir çox cəhdləri olub. Bu cür həmlələrə qarşı “Dojfa” (“Müdafiə”) adlı ilə xüsusi bir şöbə yaratdıq”.
Azəri Cəhromi Fars körfəzində ABŞ PUA-nın vurulmasından sonea İrana qarşı uğurlu kiberhücum haqqında xəbərləri təkzib edib.
Vaşinqton Çinin “Huawei” firmasını “qara siyahı”ya saldıqdan sonra, ABŞ-Çin ticarət müharibəsi dövründə Azəri Cəhromi Rusiya və Çinlə yeni mobil əməliyyat sisteminin yaradılması planı təşəbbüsünü irəli sürüb. O, həmçinin Rusiya, Türkiyə və Azərbaycandakı vəzifədaşları ilə də kiber məkanda iqtisadi fəaliyyət üçün müştərək regional İKT bazarının yaradılmasına çalışır; İran istehsalı olan dörd smartfon modelinin yaradılması ilk nəticədir.
“Rəqəmsal iqtisadiyyat – dünyanın gələcəyidir. Neftdən asılılığımızı azaltmalıyıq. Rəqəmsal çevrilmə sürətlidir… və qatarı qaçırmamalıyıq”, – deyən Azəri Cəhromiİranın yeni nəsil texnologiyanın pioneri olmaq üçün yüksək potensiala sahib olduğunu iddia edir.
Müvəffəqiyyətlərinə baxmayaraq, sərt tənzimçilər hələ də Azəri Cəhromini hədəf alır və onu ləkələmək üçün göstərdikləri səylər 2021-ci il prezident seçkilərində mümkün namizədliyindən narahatlığın göstəricisidir. Azəri Cəhromini tənqid etməklə, onlar prezidentliyə namizədləri təsdiqləyən mühafizəkar Nəzarətçilər Şurasını nazirə şübhə ilə yanaşması təəssüratı yaratmaq istəyirlər.
Lakin Azəri Cəhrominin praqmatik yanaşması, hakim siyasi düşərgələr və elitalarla əlaqələrinin yoxluğu – uzun müddət İran siyasətində zəif bənd sayılan cəhət – növbəti prezident seçkilərində onu İranın Emmanuel Makronu edə bilər. 2017-ci ildə Makron Sosialist Partiyasından ayrıldıqdan sonra öz hərəkatını quraraq həm prezident, həm də parlament seçkilərdə qalib gəlib.
Köhnə düşərgələrin heç biri ilə əlaqələndirilməməsi, İrandakı iddialı namizədlər üçün yeni bir yol xəritəsidir və yalnız növbəti seçkilərdə Azəri Cəhromi bunun ilk sınağı ola bilər.
Tərcümə: Strateq.az