Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

GƏNC “HİZBULLAH”ÇI PREZİDENT: 36 yaşlı rabitə naziri Həsən Ruhaninin xələfi ola bilərmi?

 

“Gənc və “Hizbullah”çı hökumətin təşkili üçün tədbirlər görülməlidir”. Prezident seçkilərinin keçirilməsinə 2 il qalmış səslənən və Ayətullah Xamnəiyə məxsus bu çağırış İranın həm sərt tənzimçi-mühafizəkar, həm də mötədil-islahatçı cinahlarına göndərilmiş ismarış kimi qavranıla bilər.

Yenixeber.org: Hətta ağır iqtisadi sanksiyalar və Fars körfəzində hərbi toqquşma ehtimalının olduğu dövrdə belə nikbinliyini itirməyən İranda idarəetmə sistemində struktur islahatları ətrafında ciddi müzakirələr bitmir.

Əslində, İslam Respublikası yarandığı gündən dövlətin idarəçilik modeli haqqında çeşidli rəylər bir-birinin üstünə qalaqlanır. Lap yaxın zamanlara qədər də Vilayəti-fəqihdə, hərbçi olması şərti ilə, “Hizbullah”çı prezident” təklifi gündəmdə idi.

Hətta konkret namizədin adı da havada uçuşub: general Qasim Süleymani. Amma pablik siyasəti özündən bərtərəf edən “Qüds” qüvvələrinin komandanı buna “yox” deyib.

Mühafizəkarların öndəri sayıla biləcək Ayətullah Misbah Yəzdi də: “Seçimin ideal və ya qeyri-ideal namizəd arasında aparılması vacib deyil”, – deyə əsas məsələnin teokratiyanın iqtidarını qorumaq olduğuna eyham vumuşdu.

Etiraf: “Bəzi şəxslər deyir ki, seçki varsa, xalqın iradəsi seçki yolu ilə təcəlli edirsə, Vilayəti-fəqihə ehtiyac yoxdur. Bu, çox təhlükəli fikirlərdir!”

Mötədil-islahatçı cinahın namizədi Həsən Ruhaninin iki dönəmlik prezidentliyindən sonra sərt tənzimçi-mühafizəkar kəsimin revanş axtarışı artıq göz önündədir. Bir vaxtlar, daha doğrusu, Mahmud Əhmədinejadın dövründə “Prezidentə itaət – Allaha itaət deməkdir” cümləsi yaddaşlara köçmüş Ayətullah Misbahın hazırkı açıqlamaları bunun isbatıdır.

Rejimin ən qatı tərəfdarları “Biz asimandan müjdə gözləyə bilmərik”, – deyə (təxminən 40 il əvvəl bu cümləni səsləndirən ilk prezident Əbülhəsən Bənisədr ölkədən qaçmalı olub) mövcud vəziyyəti nəzərə alaraq, əlavə səlahiyyətlər istəyən Həsən Ruhani kimi cəsarətli deyil, itaətkar hökumət rəhbəri görmək istəyir.

Buna görə də, sərt tənzimçi-mühafizəkar cinahda parlaq, harizmatik liderin yoxluğu onları o qədər də narahat etmir. Doğrudur, məhkəmə hakimiyyətini başına keçmiş İbrahim Rəisi gələcək prezident seçkilərində bəxtini ikinci dəfə sınaya bilər. Amma o, görünür, özünü daha yüksək pilləyə – dini liderliyə hazırlayır.

Mötədil-islahatçı cinahın daha böyük müşkülləri var. Haşimi Rəfsəncaninin ölümündən sonra onlar elitada himayəsiz qalıb. Həsən Ruhaninin sələfi ola biləcək parlamentin sədri Əli Laricani arxalana biləcəyi siyasi gücdən – məhkəmə hakimiyyətinin sabiq rəhbəri Sadiq Laricaninin istefaya göndəriməsindən sonra meydanda demək olar ki, məhrum olub.

Bu cinahın problemlərindən biri də ard-arda gələn korrupsiya qalmaqallarıdır. Həsən Ruhaninin qardaşı, 2015-ci ilin nüvə sazişində müzakirəçilərdən biri olmuş Hüseyn Firidun əsas ittihamlarda olmasa da, digər ittihamlarda təqsirli bilinərək həbsxanaya göndərilib. Sosial müdafiə naziri Hüseyn Şəriətmədarinin kürəkəni Məhəmməd Hadi Rəzəvinin isə böyük miqdarda vəsaiti mənimsəmə ittihamı məhkəmə prosesi davam edir.

İqtisadi vəziyyətin ağırlığı, bahalıq və işsizlik şəraitində (Ruhani hökmətində ədliyyə naziri olmuş) Mustafa Purməhəmmədi “İrandakı rifah səviyyəsi Avropa İttifaqında olandan yüksəkdir”, – deməklə, hazırkı administrasiyaya xal itirdir.

“Yalnız prezident deyil, parlament və məhkəmə hakimiyyətinin də yetərincə səlahiyyəti yoxdur”, – deyən deputat Mahmud Sadiqi kimi, mötədil-islahatçı cinahın qadağalar ucbatından pablik siyasətdən kənarda qalmış üzvləri, məsələn, sabiq prezident Məhəmməd Xatəmi bəzən açıqlamaları ilə öz cinahlarına pərakəndəliyin miqyaslarını böyüdür.

Xatəminin “İran üçün ən düzgün idarəçilik modeli – federalizmdir” deyimi tərəfdarları arasında belə təpki ilə qarşılaşıb, mötədil-islahatçılar və sərt tənzimçi-mühafizəkarlar arasında az qala yekdil etiraz doğurub.

Bununla belə, 2 il sonra “gənc və “Hizbullah”çı namizədə rəqib ola biləcək, hətta özü belə bir simaya malik namizədin silueti görünməkdədir – rabitə və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi.

36 yaşlı Azəri Cəhromi siyasi qovğalardan kənarda qalsa da, artıq bir dəfə sərt-tənzimçi-mühafizəkar cinahın hədəfinə çevrilib. Əhvazın müvəqqəti imam-cüməsi Əhməd Rza Hacəti rabitə nazirini açıq şəkildə təhdid edib: “İnqilab Rəhbərinin göstərişlərinə baxmayaraq, kiberməkanda cinayətkarlığın qarşısının alınmaması çatışmazlıqlardan biridir. Rabitə naziri buna görə Baş Prokurorluqda ifadə verməlidir. Bu nazir gəncliyi və səriştəsizliyinə görə vəzifədən getməlidir. Çünki virtual məkana nəzarətsizik ucbatından terrorçular əhvazlı cavanlarımızı qanına qəltan edib. Baş Prokurorluqdan təmənnam bu məsələyə diqqət yetirməsidir”.

İran mühitində siyasi bəsirət mənasız məşğuliyyətdir. İllərdir Xamnəinin mümkün varisi ilə bağlı proqnozlar artıq bunu sübut edib. Gənc və “Hizbulah”çı şəxsin Həsən Ruhaninin xələfi olub və ola bilməyəcəyi də aqibətin ixtiyarındadır. Onun səlahiyyətlərini kim məhdudlaşdıra bilər ki? (Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam