Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Əli Əhmədov:"Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"

 

"Yeni Azərbaycan Partiyası olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz".

Yenixeber.org: Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov oktyabrın 19-da keçirilən icazəsiz aksiya ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var: "Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi, hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilən qanunsuz yerlərdə aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini bildirməlidir. Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərin çatdırılmasına ehtiyac var".

Ə.Əhmədov bildirib ki, qanunsuz aksiyanın dövlət başçısının oktyabrın əvvəlində bir neçə səfərlərində və Azərbaycanın 9 aylıq iqtisadi inkişafla bağlı keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil: "Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqlar təmin olunduğu kimi, kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma yaratmaq niyyətində olublar".

"Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumatlar yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqlərin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Xüsusi yerlərin ayrılması ictimai təhlükəsizliyin təmin edilməsi üçün əsasdır. Ancaq bunları nəzərə almadan müxalifət partiyası elə bir yer seçmişdi ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq ki, bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir", - deyə o qeyd edib.

YAP rəsmisi vurğulayıb ki, mitinqin keçirilməsi cəhdi ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcud olduğunu bir daha göstərir: "Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam