Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Parlament seçkiləri 2020-ci ildə keçiriləcək – Əli Əhmədovdan mesaj

Parlament seçkiləri 2020-ci ildə keçiriləcək– Əli Əhmədovdan mesaj


Son günlər mətbuatda və ictimai-siyasi dairələrdə bu ilin aprel ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələr aparılır.

Yenixeber.org:  Hətta hakim Yeni Azərbaycan Partiyası rəhbərliyinin partiyadan seçilən deputatları və fəal gənclərlə keçirdiyi görüşləri də buna hazırlıq kimi dəyərləndirirənlər də oldu.

Əslində növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulmayıb.

Məlumat üçün bildirək ki, yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Həmin görüşdə Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında səsləndirdiyi fikirlərlə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara nöqtə qoyub. 

Belə ki, o, partiya xətti ilə seçilən deputatlara xitabən bildirib ki, kimin fəaliyyəti qənaətbəxş olacaq, seçicilərlə daha operativ işləyəcəksə, həmin şəxslərin fəaliyyəti 2020-ci il parlament seçkilərində nəzərə alınacaq. İcra katibi çıxışı zamanı partiya yoldaşlarına 2020-ci ildə keçiriləcək parlament seçikərinə hazırlaşmalı olduqlarını bəyan etməklə, parlament seçkilərinin bu ilin aprelində deyil, qanunverciliyə uyğun olaraq 2020-ci ildə keçiriləcəyinin mesajını vermiş oldu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam