Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya tərəfsiz olmalıdır"

"Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan antiAzərbaycan mövqeyini başa düşmək mümkün deyil".

 

Xeberinfo.com:  Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Rusiya mətbuatında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı yayılan antiAzərbaycan mövqeli yazılara münasibət bildirərkən jurnalistlərə deyib.

Baş nazirin müavini bildirib ki, Rusiya mətbuatında, xüsusilə onun hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində baş verən son gərginliklə bağlı birtərəfli, antiAzərbaycan mövqeyinin təbliğ olunmasının mənasını anlamır.

O, qeyd edib ki, vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır, heç olmasa, münaqişə tərəflərindən hər hansı birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir: "Amma bəzi hallarda bunun əksini görürük”.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən, Rusiya ilə münasibətlərin qorunmasında, inkişaf etdirilməsində maraqlıdır: "Digər bir tərəfdən, Rusiya Federasiyası Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan antiazərbaycan mövqeyini başa düşmək mümkün deyil".(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam