Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP Müsavatla dialoqdan imtina etdi

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) nə iqtidar, nə də müxalifət partiyaları ilə dialoqa getmək fikrində deyil”.

Xeberinfo.com:   Məlumata görə, bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Müsavat Partiyasının dialoq təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AXCP fəaliyyət istiqamətini Milli Şura ilə birgə qurduğundan Müsavatla dialoq aparmağa ehtiyac duymur: “Kimlərsə iqtidar və müxalifət partiyaları ilə dialoqa gedərək ölkənin problemlərini həll etmək istəyirsə, buyursunlar. Bizim belə bir fikrimiz yoxdur”. 

G.Bayramlı bildirib ki, Müsavat AXCP-ni gözdən salmağa çalışır: “Kimin nə iş gördüyü, hansı mövqeyə sahib olduğunu hamı gözəl bilir. Müsavat bizi gözdən salmağa çalışsa da, bu baş tutmayacaq”.

Qeyd edək ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı iqtidar və AXCP də daxil olmaqla müxalifət partiyaları ilə dialoq keçirməyə hazır olduqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam