Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Liberal Paprtiyasından seçkilərlə bağlı təklif

 

Azərbaycan Liberal Paprtiyası (ALP) parlament seçkilərində müxalifətin iştirakı ilə bağlı təklif irəli sürüb

 

"Xeberinfo.com":  Məlumata görə, ALP sədri Əvəz Temirxan Trend-ə bildirib ki, təmsil etdiyi partiyanın parlament seçkilərində hansı formada iştirakla təklifi var və bu formada iştirakı məqbul sayır: “Partiyanın parlament seçkilərində iştirak etmək niyyəti var. Amma nə cür iştirak edəcəyimiz barədə hələ yekun qərar qəbul olunmayıb. Fikrimcə, daha yaxşı olar ki, müxalifət partiyaları öz aralarında razılığa gəlsinlər və müxalifətin bir seçki dairəsindən iki namizədi olmasın. Hər bir partiya razılaşdırılmış qaydada ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun”.

Ə.Temirxan ALP-nin hazırda hər hansı bloka qoşulmaq niyyəti olmadığını qeyd edib: “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi ilə müəyyən məsləhətləşmələrimiz olub və biz öz fikrimizi onlara da çatdırmışıq. Fəaliyyətlərində uğurlar diləyirik”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında ALP sədrinin təklifini məqsədəuyğun hesab etsə də, ümumi müxalifətin bunla bağlı razılığa gələ bilməsinin inandırıcı görünmədiyini deyib. Onun sözlərinə görə, bəzi müxalifət partiyaları uzaqgörən olmadığına görə, gündəmi düzgün müəyyən edə bilmir və buna görə də bir araya gəlmək çətin olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam