Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiya ilə Hindistan - Vaşinqtonun planlarını alt-üst etdilər

Ağ Ev

Vaşinqtonun sanksiya siyasətinə cavab olaraq Rusiya ilə Hindistan başqa fəndə əl atdılar

Yenixeber.org: Rusiya və Hindistan silah satışına dair müqavilələr üzrə hesablaşmalarda milli valyutalardan istifadə edəcəklər. İki ölkənin mərkəzi bankı artıq buna dair razılaşmaya imza atıb.

Mütəxəssislər hesab edirlər ki, Rusiya və Hindistan arasında hesablaşmalarda milli valyutalardan istifadə edilməsi Vaşinqtonun təzyiqindən qurtulmağa kömək edəcək. Bu, həmçinin Rusiya rubluna olan tələbatı artıracaq, çünki sözügedən müqavilələrdə dəyəri on milyardlarla dollar olan hərbi texnikanın tədarükü nəzərdə tutulub.

Rusiya rublu və ABŞ dolları, arxiv şəkli 

Silah satışına dair müqavilə çərçivəsində rubldan istifadə etmək qərarı Vaşinqtonun sanksiya siyasətinə cavab olaraq alınıb. Qeyd edək ki, ABŞ iki il əvvəl Rusiyanın müdafiə məhsulları və texnologiyalarının idxalı və ixracı ilə məşğul olan "Rosoboroneksport" şirkətini qara siyahıya salıb. Buna görə də şirkətin bank hesabına pul köçürmək istəyən maliyyə təşkilatları sanksiyaların qurbanı ola bilər.

Sanksiyalar xüsusilə "SWIFT" sistemi vasitəsilə banklararası dollar əməliyyatlarına qadağa qoyur. Bu risklər səbəbindən Hindistan bankları bir müddət öncə "Chakra" sualtı qayığının Rusiyada təmiri üzrə iki milyard dollarlıq hesablaşmanı dondurub.

Bundan əvvəl analitiklər hesab edirdilər ki, Moskva və Dehli hesablaşmalarda avroya keçəcəklər. Lakin tərəflər rubla üstünlük veriblər. Bu isə Vaşinqtonun iki ölkənin ticarət münasibətlərinə müdaxiləsinin qarşısını alır. Çox güman ki, Moskva və Dehli "SWIFT"in əvəzinə Rusiya Bankının Maliyyə Mesajlaşma Sistemindən (SPFS) istifadə edəcəklər.

Ekspertlər əmindir ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində milli valyutalardan istifadə rubla olan tələbatı artıracaq və onu qüvvətləndirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam