Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ bu ölkəyə izn verdi:İranla neft ticarəti...

 

ABŞ hökuməti Hindistanı İrana qarşı neft sanksiyalarından azad etməyə razılıq verib.

Yenixeber.org: Bu barədə məlumatı “Ekonomik Tayms” yayıb. Məlumata görə, yaxın günlərdə hökumət bununla bağlı məlumat verəcək. Vaşinqtonun bu qərarı sayəsində Hindistanın gələn ilin martına qədər 1,25 milyon ton İran nefti idxal edə biləcəyi açıqlanıb:

“Hindistan və ABŞ Dehlinin sanksiyalardan azad edilməsi barədə razılaşıblar. Razılaşmaya əsasən, Hindistan İrandan neft idxalının üçdə birini azaldacaq ki, bu da özlüyündə böyük rəqəm sayılır. Bununla belə hələ də aydın deyil ki, Hindistan şirkətləri İranla hesablaşmanı necə həyata keçirəcəklər”.

“Blumberq” agentliyi isə ABŞ-la Cənubi Koreya arasında İran sanksiyalarından yayınmaqla bağlı razılığın əldə olunduğunu bildirib. Belə ki, razılaşmaya əsasən ABŞ Seulun Tehranla ticarətinə izn verəcək.

Qeyd edək ki, İran neftinin ən böyük idxalatçısı Çin, Hindistan və Türkiyə sayılır. Hələlik bu dövlətlərdən heç biri İran neftindən imtina etməyib. İran neftindən indiyə qədər yalnız Fransa və Cənubi Koreyanın imtina etdiyi açıqlansa da, bunlardan yalnız Fransanın qərarı öz rəsmi təsdiqini tapıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam