Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

«Bu, müharibədir!» –Medvedev

dmitri-medvedev

Rusiyaya qarşı Vaşinqtonun planladığı iqtisadi sanksiyaları Rusiyaya qarşı iqtisadi müharibənin elan olunması kimi qiymətləndirmək olar.

Yenixeber.org: Rusiya KİV-lərinin verliyi xəbərə görə, cümə günü bu barədə Rusiya Federasiyasının (RF) Baş naziri Dmitri Medvedev Kamçatkada Kronostk dövlət qoruğunun əməkdaşları ilə görüşü zamanı bəyan edib. Onun sözlərinə görə, belə müharibəyə həm iqtisadi, həm də siyasi üsullarla cavab vermək qaçılmazdır.

Medvedev həm də etiraf edib ki, gələcək sanksiyalar barədə ehtimalları şərh etmək istəməzdi. Ancaq bildirib ki, bir məsələ aydındır: bankların fəaliyyətinin qadağan olunması və ya bu və digər valyutalardan istifadə olunması kimi məsələlər ortaya çıxarsa, o zaman yaranacaq vəziyyəti iqtisadi müharibə adlandırmaq olar. Hökumət başçısı əlavə edib ki, Rusiyanın bu müharibəyə «reaksiya» verəcəyini «bizim amerikalı dostlar» gərək anlasınlar.

Artıq qüvvədə olan sanksiyalar barədə suala cavab verərkən, Medvedev izah edib ki, bu, Rusiyanın «iqtisadi gücü»nün məhdudlaşdırılmasına bir cəhddir, məhdudlaşdırılmanın real məqsədi isə Rusiyanı beynəlxaq səhnədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəqibləri siyahısından vurub çıxartmaqdan ibarətdir.
O, həm də xatırladıb ki, SSRİ dövründə də Qərb dəfələrlə sanksiyalar tətbiq edib.

«Bizim ölkəmiz son yüz ildə daim sanksiya təzyiqi altında mövcud olub» – deyə, hökumət başçısı fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam