Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Moskva Ankara yaxınlaşması:ZORƏN MÜTTƏFİQLİK, YOXSA…

 

Moskva Ankara yaxınlaşması: ZORƏN MÜTTƏFİQLİK, YOXSA…
 

"Uzun müddətli perspektivdə Ankaranın Rusiya və Çinlə mövcud olan strateji müttəfiqliyinin davamlı olacağına inanmıram”.

 

Yenixeber.org: Saytımıza açıqlamasında bu sözləri S-400 raketlərinin alınması fonunda Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmanın daha haralara qədər inkişaf edə biləcəyinə dair sualı cavablandırarkən politoloq Natiq Miri deyib.

 

Politoloq qeyd edir ki, Ankaranın Moskva ilə hazırda həyata keçirdiyi bu yaxınlaşma məcburi idi: "Türkiyə-Rusiya yaxınlaşmasına yönəlik müxtəlif şərhlər, analizlər verilir.Ancaq düşünürəm ki, bu yaxınlaşmanın daha da inkişaf edəcəyilə bağlı uzağa gedən nəticələr çıxarmaq doğru deyil. Əslində Ankaranın Moskva ilə olan hazırkı əməkdaşlığı, ondan S-400 raketlərini alması Türkiyənin NATO üzrə "müttəfiqlərindən” lazım olan dəstəyi bilavasitə ala bilməməsilə əlaqəlidir. Təhdidləri dəf etmək üçün Türkiyənin havadan müdafiə sistemlərinə ehtiyacı olsa da, Qərb "müttəfiqləri” özlərinin havadan müdafiə sistemlərini qardaş ölkənin ərazisindən çıxardı. Habelə Suriyada cərəyan edən və Türkiyənin maraqlarına cavab verməyən hadisələr fonunda Ankara mütləq mənada NATO müttəfiqlərinə alternativ axtarmalı idi.Belədə Türkiyə havadan müdafiə sistemlərilə bağlı öncə Çinə, sonra da Rusiyaya müraciət etmək məcburiyyətində qaldı.Yəni bu yaxınlaşma məcburi idi. Bu addımlarla TürkiyəABŞ başda olmaqla NATO üzrə xəyanətkar müttəfiqlərə göstərmək istəyirdi ki, tək deyil və dünyada Şimali Atlantika blokuna alternativ güclər var”.

 

Politoloq onu da vurğuladı ki, Rusiya heç zaman güvənli tərəfdaş olmayıb və olmayacaq:"Unutmayaq ki, hazırda NATO-ya qarşı Türkiyə Rusiya kartından yararlansa da bu, heç bir halda qardaş ölkə üçün Moskvanın strateji müttəfiq olması anlamına gəlmir. Yaddan çıxarmayaq, Rusiya heç bir zaman güvənli strateji tərəfdaş, müttəfiq olmayıb. Bütün zamanlarda Rusiya özünün ən strateji müttəfiqlərini belə öz maraqlarıkontekstində hər zaman satıb və onlar bundan sonra da həmin siyasəti davam etdirəcək. Bunu Ankara da bilməmiş deyil ki, Moskva öz geosiyasi maraqları naminə rahatlıqla hər an Türkiyəni ABŞ-a sata bilər. Türkiyə bütün bunları göz qarşısına almalıdır. Bilirsiniz ki, Ankaranın Şərqi Aralıq dənizində qaz-neft axtarışları həyata keçirməsinə qarşı Qərb tərəfindən Türkiyəyə əleyhinə koalisiya yaranıb.Belə bir vəziyyətdə, Ankara Rusiyadan dəstək gözlədiyi halda, Moskva Türkiyənin Şərqi Aralıq dənizinə 3-cü axtarış-araşdırma gəmisini göndərməsinə narahatlığını ifadə edib. Bu amil Türkiyəyə siqnal olmalıdır ki, strateji məqamda Rusiya öz maraqları naminə çox rahatlıqla Ankaranı satacaq. Uzun müddətli perspektivdə Ankaranın Rusiya və Çin kimi ölkələrlə belə bir strateji müttəfiqliyinin olacağına inanmıram”.

 

 

Qeyd edək ki, Qərbin kəskin etirazına baxmayaraq Rusiyadan alınan S-400 raketlərinin Türkiyəyə gətirilməsinə başlanılıb. Bu fonda fikirlər səslənir ki, Ankara ilə Moskva arasında münasibətlər intensivləşərək Qərbin ziyanına olmaqla daha dərin çalarlara qədər inkişaf edə bilər.(sfera.az)

Elçin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam