Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Türkiyə S-400 raketlərini alacaq, " - bu anlaşmadan geri addım atmayacaq”

S-400 Turkey ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “Günah ABŞ-ın özündədir, vaxtilə Türkiyənin istədiyi raketləri ona satmaq lazım idi”

Yenixeber.org:  ABŞ ilə Türkiyə arasında diplomatik və siyasi gərginlik davam edir. Vaşinqton Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasını qəbul edə bilmir. Buna görə də rəsmi Vaşinqton Ankaranı müxtəlif sanksiyalarla təhdid edir. Ancaq Ankara dəfələrlə bəyan edib ki, Moskva ilə əldə olunmuş anlaşmadan imtina etmək niyyətində deyil. Hətta Türkiyə bu məsələni müzakirə etməyi belə mənasız sayır. 

ABŞ hökuməti isə Türkiyəyə Rusiya “S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın ”Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə, ABŞ Türkiyəni “F-35" proqramından çıxaracaq. (Report) Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də ”reaksiyaya" səbəb ola bilər.

Digər məlumata görə, Türkiyə iyunun əvvəllərində Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı yekun qərarını verməlidir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər Ankara ABŞ-dan oxşar raket sistemlərini almaqdan imtina edərsə, Qərbin sanksiyaları ilə üzləşəcək. Vaşinqton Türkiyədən S-400 raketlərindən imtina etməsini və onun əvəzində Patriot raketlərini almağı tələb edir. Əgər Ankara bu addımdan qaçsa, Vaşinqton 5-ci nəsil F-35 qırıcı təyyarələrin Türkiyə ilə birgə istehsalından və 100 ədəd F-35 təyyarəsini satmaqdan imtina edəcək. Paralel olaraq, Ankara ABŞ-ın sanksiyaları və NATO ilə ciddi problemlərlə üzləşəcək. Məlumata görə, bu, Dövlət Departamentinin Türkiyəyə son təklifidir.

“NATO ölkələri konkret standartlar üzrə hərbi texnika almalıdır. Amma Rusiyadan alınacaq S-400 raketləri bu standartlara daxil deyil. Əgər Türkiyə S-400 raketlərini almaq planlarını dəyişməsə, çox neqativ nəticələrlə üzləşəcək”- deyə Dövlət Departamentinin adının anonim qalmasını istəyən nümayəndəsi bildirib.

Qeyd edək ki, 2017-ci ilin sonlarında Ankara və Moskva S-400 raketlərinin 4 divizionunun alınması barədə saziş imzalamışdı. Dəyəri 2,5 milyard dollar olan müqavilə ABŞ və NATO ölkələrinin ciddi narazılığına səbəb olmuşdu.

 

Bu arada Ankaranın ABŞ-la bağlı yumşaq siyasəti diqqət çəkir. Türkiyə idxal etdiyi ABŞ istehsallı 22 məhsula tətbiq olunan gömrük vergisində endirim edib.

Publika.az xəbər verir ki, sözügedən gömrük vergisi yarıbayarı endirilib. Qərar Türkiyənin rəsmi qəzetində yayımlanıb. Siyahıda meyvə, tütün, kosmetika məhsulları, spirtli içki, avtomobil, kağız məhsulları yer alıb. Qeyd edək ki, ötən həftə ABŞ Türkiyə istehsalı polad və aliminium məhsullarına tətbiq olunan vergini 50% endirmişdi.

Son məlumata görə, Türkiyə “S-400" Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərib.  Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, bir neçə ay davam edəcək təlimlər artıq başlayıb.

Bu arada İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni maraqlı açıqlama verib. ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin fonunda Ankara ilə yaxınlaşmanı zəruri sayan Berluskonu “yaxşı polis” funksiyasını yerinə yetirməyə çalışıb və bəyan edib ki, Avropa Birliyi Türkiyəni yenidən qazanmalıdır. Onun sözlərinə görə, Avropa Birliyi xarici siyasətdə ciddi səhvlər edir və ABŞ-ın yanlış qərarları və ticarət savaşı qarşısında gücsüzdür.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu açıqlamasında Vaşinqtonun Türkiyəyə təzyiqlərinin hansı sonluqla bitəcəyindən danışdı: “ABŞ düşünür ki, Türkiyə S-400 raketlərini alsa, bu, NATO-ya, ABŞ hərbisinə təhlükə yarada bilər. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, ABŞ Rusiya-Türkiyə yaxınlaşmasından da narahatdır. Halbuki günah özündədir, vaxtilə Türkiyənin istədiyi raketləri ona satmaq lazım idi”.

E.Şahinoğlu şübhə etmir ki, Türkiyə S-400 raketlərini alacaq, bu anlaşmadan geri addım atmayacaq: “Geri addım atsa, Rusiya ilə münasibətləri pozular. Düşünürəm ki, ABŞ da bir müddət sonra Türkiyənin S-400 raketlərini almasını qəbul etmək məcburiyyətində qalacaq, yəni başqa çarəsi olmayacaq. Sadəcə, bunun üçün zaman lazımdır. Məsələn, ABŞ Türkiyəyə F-35 təyyarələrini verməyəcəyini də demişdi. Amma son məlumatlara görə, artıq 5 təyyarə Türkiyədədir. Bu da o deməkdir ki, S-400 raketlərinə görə Türkiyə-Amerika münasibətləri yumşala və normallaşa bilər”. (Yeni Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam