Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik” - Çavuşoğlu

“ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik” - Çavuşoğlu

Türkiyənin Rusiya ilə münasibətləri ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə alternativ deyil 
 Yenixeber.org: Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında belə deyib.
“Biz bir tərəfin digərinə qarşı tətbiq etdiyi ədalətsiz sanksiyalarda iştirak etməyə məcbur deyilik. Bizim Rusiya ilə münasibətlərimiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizə alternativ deyil. Türkiyə balanslaşdırılmış siyasət yürüdür.” – deyə, Çavuşoğlu vurğulayıb.

Türkiyəli nazir həmçinin, Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasını da şərh edib. Bildirib ki, müdafiə sistemlərini ilk növbədə müttəfiqlərindən, xüsusən də ABŞ-dan almaq istəsələr də, buna nail ola bilmədilər. İndi isə Ankaranın təcili tələbatının ödənilməsi üçün S-400-lərin əldə olunması vacibdir. Çünki S-400 müdafiə sistemləri seçim yox, məcburi zərurətdir. 

Çavuğoğlu onu da əlavə edib ki, beşinci nəsil F-35 qırıcı təyyarələrini Ankaraya verməyəcəklərilə bağlı təhdidləri fonunda ABŞ Türkiyəyə “Patriot” sistemlərini təhvil verəcəklərinə dair zəmanət yoxdur: “Biz, F-35 layihəsi üzrə tərəfdaşıq. Amma əgər onlar kovboy filmlərindəki kimi “nə istəyirəm, onu da edirəm” prinsipi ilə hərəkət etsələr, biz də cavab verəcəyik.” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam