Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

RUSLAR NƏYƏ ETİRAZ EDİR? –İnsanlar nəhayət, Putindən layiq olduqlarını tələb edir

Andrey Kolesnikov

“Project Syndicate”, 10.07.2019

 

Yenixeber.org: Hazırda Rusiya Hesablama Palatasının sədri olan Aleksey Kudrin ölkədə pisləşən yaşayış standartları və yoxsulluq ucbatından etiraz aksiyaları partlayışının baş verə biləcəyi haqqında xəbərdarlıq edib. O yanılır.

Kudrin prezident Vladimir Putinin qeyri-liberal sistemində işləyən liberal texnokratların başçısı sayılır və liberal düşüncəli müşahidəçilər arasında sözünün çəkisi var. Lakin Rusiyada bugünkü sosial narahatlıqları qiymətləndirərkən, Kudrin iqtisadi cəhətdən məyusluqla daha fundamental bir şeyi – ləyaqəti qarışdırır.

Əlbəttə, rusların ciddi iqtisadi müşkülləri var. Kudrin ictimai məyusluğa böyük təsir göstərən real ev gəlirinin azalmasını əsas gətirir. Lakin bu, 2014-cü ildən, Putinin Ukraynadan Krımı qoparmasından sonra baş verib.

Təəccüblü deyil ki, ötən il hökumət pensiya yaşını beş il artırdığına görə xalq etirazları Putinin bəzi güzəştlərə getməsi üçün kifayət qədər böyük idi.

Rusiya prezidentinin dəlilləri əsla inandırıcı olmayıb və hökumətə ictimai güvən reytinqi azalıb. Pensiya islahatlarına qarşı etirazlar (qismən həbslər sayəsində) yatsa da, seçicilər regional sentyabr seçkilərində Putinin “Yedinaya Rossiya” Partiyasını cəzalandıracaq. Putinin etimad reytinqi isə artıq 80%-dən 64-ə düşüb.

Beləliklə, Putin Krımın “birləşməsi”ndən əvvəl olduğu kimi, təxminən eyni dərəcədə qeyri-populyardır və milliyyətçi ritorikası ona dəstək vermir. Beş ildən sonra bu taktika çətin ki, təkrar işlək olsun: indi rusları artıq anti-Qərb mülahizələri və militarist şüarlarla inandırmaq qeyri-mümkündür.

Öz sevimli dövlətə dəstək vasitəsi ilə Putin naqolay vəziyyətdədir. Buna baxmayaraq, o, rusların iqtisadi durumu “normal” kimi qəbul etdiyini deyir.

Lakin bu, rusların öz hökumətlərinin digər “normal” davranışlarını qəbul etməyə hazır olduqlarını bildirmir. Rusiyanın dördüncü ən böyük yaşayış məskəni olan Yekaterinburq şəhərində may etirazlarına nəzər salaq. Hökumətin şəhərin yaşıllıq sahələrindən birində yeni pravoslav kilsəsi qurması iflasa uğrayıb.

Əsl məsələ korrupsiya idi, iqtisadiyyat və ya din deyil. Çünki hətta dindar ruslar buna çıxıb. İnsanlar hökumətlə Rus Pravoslav Kilsəsi iyerarxiyası və iş adamları arasında əlaqələrdən bezib. Moskvadan kənarda ənənəvi bazasının dəstəyini qoruya bilmək üçün Putin yerli hakimiyyət orqanlarına ən azı indiyədək layihəni dayandırmağa çağırıb. Bu, Rusiya vətəndaş cəmiyyəti üçün nadir bir qalibiyyət olub.

Daha sonra dəfn müəssisələrində korrupsiya ilə əlaqədar araşdırmalar aparan jurnalist İvan Qolunovun narkotik ittihamı ilə həbs olunması ilə bağlı etirazlar baş verib. Hiddət elə böyük idi ki, hadisələr Kremli qısa zamanda Qolunovu həbsxanadan buraxdırıb. Yenə də Putin xalq dəstəyinin daha da eroziyaya uğraması riskini nəzərə alıb.

Ancaq hər şeyin həddi-hüdudu var. Qolunovun sərbəst buraxılmasından sonra polis Moskva küçələrində 500-dən çox nümayişçini saxlayıb.

Ən təsirli vətəndaş itaətsizliyi Arxangelsk vilayətində, Rusiyanın şimalında meydana gəlib. Hökumətin Şies şəhərindən başlayaraq bölgədəki təmiz ərazilərdə basdırılmaq üçün Moskvadan zibil gətirmək planlarını öyrənməkdən sonra yerli əhali bir il davam edən etirazlara başlayıb və bu, qonşu bölgələrə yayılıb.

Yenə də iqtisadi komponent ikinci dərəcəlidir: zəif bir bölgənin əhalisi zəngin Moskvaya qarşı ayağa qalxıb. Lakin onların real gəlirlərinin artırılmasını tələb etmir. Bunun əvəzində, ictimai yerləri mərkəzi hökumətin işğalından müdafiə edirlər. Həm də təkcə poliqonların tikintisini dayandırmaq deyil, qubernatorun və son zamanda Putinin istefası şüarını səsləndirməklə.

Hökumət may ayında Şiesdə zibil basdırma planlarını dayandırıb, Putin etirazları sırf regional səviyyəli adlandırıb. İyunun 20-də prezident “Birbaşa efir”də sualları cavablandırarkən, Şies barədə sual verilib. Kremlin, görünür, bu yeni müqavimət növünün öhdəsindən necə gələcəyinə əmin deyil.

Arxangelsk nümayişçiləri qeyri-adi dözüm, peşəkarlıq və Putin hökuməti haqqında fikirlərini nümayiş etdiriblər. Onlar böyük siyasi dizaynlarla hərəkət etməyib. Arxangelskdəki etirazçılar – Yekaterinburqda və hətta Moskvada olanlar – sadəcə hökumət əleyhinə mübarizə aparan insanlardır və nəhayət, onlara layiq olduqları hörmət və ehtiramı görmək istəyirlər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam