Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Rusiyanın qarşılaşacağı ən böyük problem texnoloji gerilikdir" -Keçmiş maliyyə naziri

kudrin

Xeberinfo.com:   Keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiyanın digər ölkələrdən geri qaldığını bir nümunə ilə göstərmək istəyir. Təkcə ona görə yox ki, Kudrin Rusiyadakı iqtisadi vəziyyəti qaranlıq görür.

Kudrin öz nümunəsində göstərir ki, hər il Cənubi Koreyada 10 min əməkdaşa görə 478, Çində 36 yeni robot istifadəyə verilir. Amma bu göstərici Rusiyada cəmi iki robotdan ibarətdir. Kudrin bildirir: “Hazırda iqtisadiyyatın böyüməsi Sovet İttifaqının durğunluq dövrünün ən pis illərindən də aşağıdır”.

Kudrinin sözlərinə görə, Rusiyanın qarşılaşacağı ən böyük problem texnoloji gerilikdir və bu hərbi və ya geosiyasi problemlərdən daha ciddi məsələdir. Belə dramatik vəziyyət Rusiya hökumətini çox sürətli addımlar atmağa vadar etməlidir. Rusiyadakı liberallar Aleksey Kudrinin şəxsində islahatlara ümid bağlayırlar.

2000-ci ildən 2011-ci ilədək Kudrin maliyyə naziri olub. Əvvəlki prezident Dmitri Medvedev ilə mübahisəsindən sonra hökuməti tərk edib. Onda Kudrin sosial və müdafiə məqsədləri üçün çəkilən xərclərin hədsiz yüksək olmasına qarşı çıxmışdı.

- Kudrin Putinin təcəssüm etdirdiyi sistemi dəyişdirmək istəyir

İstefaya getdikdən bir neçə ay sonra Moskvada seçkilərin saxtalaşdırılması əleyhinə etiraz nümayişləri başladı. Kudrin nümayişlərin birində çıxış edərək seçki nəticələrinin saxtalaşdırılması ilə bağlı təhqiqat aparılmasını və həmçinin də növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdi. Bunun ardından isə o, hökumət və müxalifət arasında vasitəçi olmağı təklif etmişdi.

56 yaşlı iqtisadçı ekspert inanır ki, Rusiyadakı indiki siyasi sistemi dinc yolla transformasiya etmək mümkündür və həm də vacibdir. Əgər nəzərə alsaq ki, Kudrin prezident Vladimir Putinin etibar etdiyi bir şəxsdir, onda onun bu fikirləri qeyri-adi səslənir. Çünki Putin həmin bu sistemin təcəssümüdür. Doxsanıncı illərdə onlar birlikdə Sankt-Peterburq hökumətində işləyiblər və 1996-cı ildə Moskvaya prezident administrasiyasına gəliblər. Putin 2000-ci ildə prezident vəzifəsini tutduqdan sonra Kudrin baş nazirin müavini və maliyyə naziri oldu. O, özünün maliyyə siyasəti ilə Putinin dayanıqlığını möhkəmləndirmişdi.

85

Onlar arasındakı əlaqə Kudrin hökumətdən getdikdən sonra da kəsilmədi. Kreml başçısı Kudrini öz dostu adlandıraraq, anlatmaq istədi ki, onun peşəkar biliyini yüksək qiymətləndirir. Krımın ilhaqından öncə Putin Kudrin ilə gizli görüş keçirərək, ondan bu addımın nəticələrinin hesablanmasını xahiş edib. Lakin Putinin daha çox mühafizəkar ekspertlərə inanması Kudrinin xoşuna gəlməyib.

İndi həmin əlaqələrin canlanmasını gözləmək olar. 2018-ci ildə Rusiyada növbəti prezident seçkiləri keçiriləcək və demək olar ki, kimsə həmin seçkilərin Putinin yenidən prezident kimi təsdiqinə xidmət edəcəyinə şübhə ilə yanaşımır. Seçkilərdən sonrakı dövr üçün iqtisadi proqramın tərtib olunmasını Kudrinə məhz Putin tapşırıb. Buna görə də Kudrini Rusiya prezidenti yanındakı iqtisadi şuraya daxil ediblər.

Keçən ilin sonunda Kudrin ilk dəfə olaraq nazirlərlə öz konsepsiyası barəsində danışıb. Elə o vaxtdan Kudrin hər həftə Putinin müşavirləri ilə görüşlər keçirməyə başlayıb. Amma eyni zamanda mühafizəkar düşərgə də öz təklifləri ilə çıxış edir. Kudrinin ən ciddi tənqidçısı məhz Putinin müşaviri Sergey Qlazevdir.

Moskvada keçirilən “Qaydar iqtisadi forumu”nda Kudrin öz iqtisadi proqramının başlıca parametrlərini tədqim edəndə, zalda əyləşənlər içərisində hökumət nümayəndələri də vardı və sonra onlar podiumda Kudrin ilə diskusiya aparırdılar.

Kudrinin təklif etdikləri, prinsip etibarıyla yeni deyil. Artıq neçə illərdir ki, Rusiyadakı bazar iqtisadiyyatının tərəfdarları və liberal şərhçilər həmin kursu dəstəkləyirlər. Onlar dövlət institutlarında islahatlar aparılmasına, təhsil və tibbə ayrılan büdcə xərclərinin artırılmasına çağırışlar edirlər. Kudrin izah edib ki, Rusiya özünün xammal iqtisadiyyatı ilə “əbədi” geridə qalmış ölkə olmaq riskini daşıyır.

- Vacib islahatları kim ləngidir?

Hökumət Kudrinin diaqnozunu bölüşür. Forum zamanı nə maliyyə naziri, nə də iqtisadiyyat naziri onun əsas dəyərləndirməsinə qarşı etiraz bildirməyiblər. Bu problemlər çoxdandır hamıya məlumdur. Amma ortada sorulmamış suallar var – əgər bu islahatlar vacibdirsə, onda nəyə görə indiyədək onlar bu qədər ləngidilib və ya onun həyata keçirilməsinə nə mane olub? Hələ Medvedev 2009-cu ildə modernləşmə haqda ambisiyalı proqram barəsində bəyanat vermişdi, lakin Rusiyanın xammal ixracından asılılığı azalmadı. Əksinə, Rusiyadakı islahatların taleyi daha da qaranlıqlaşdı. Bir tərəfdən mövcud iqtisadi vəziyyət gərginləşir, yeni neft bumu isə az ehtimal olunandır. Digər tərəfdən isə Rusiya rəhbərliyi dəyişiklərə əvvəlki kimi maraqlı deyil. Çünki onlar hakimiyyət ilə münasibətlərə və ən əsası isə Putinin mövqeyi üçün təhlükə yarada bilərlər.

Sonuncu zərbə 2016-cı ilin noyabrında iqtisadiyyat naziri Aleksey Ulyukayevin həbsi oldu. Onu “Rosneft” dövlət şirkətindən iki miyon dollar məbləğındə rüşvət istəməkdə günahlandırırlar. Ekspertlər belə güman edirlər ki, bunun araxasında Putinin etibarlı adamı və “Rosneft”-in rəhbəri İqor Seçin dayanır.

Keçən il neft konserni “Başneft”-in özəlləşdirilməsi planlaşdırılıdı. Bunun əzəzinə isə həmin konserni “Rosneft”ə birləşdirdilər. Elə ilk başdan Ulyukayev bu sövdələşmənin əleyhinə idi. “Liberal” düşərgənin görkəmli nümayəndələri Seçini acıqlandırmamaq və atəş xəttinə düşməmək üçün Ulyukayevi çox ehtiyatla dəstəkləyirdilər.

Aleksey Kudrinin özü də imkanlarının nə dərəcədə məhdud olduğunu yaxşı anlayır. Söhbət siyasi mövzulardan gedəndə, o, ifadələrini çox ehtiyatla seçir. Son illərdə xüsusi rolunun olmasını yaxşı anlayır. Onun islahatlar barəsində danışmağa və tənqid etməyə hüququ olub. Ancaq islahatların reallaşacağı barəsindəki son söz demək ixtiyarı, həmişə olduğu kimi, bir nəfərə – Vladimir Putinə məxsusdur.

(“Die Welt”-Almaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam