Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Bu, Rusiya üçün biabırçılıqdır”

kudrinRusiyanın keçmiş maliyyə naziri rublun çökməsini ölkə üçün biabırçılıq adlandırıb

Xeberinfo.com:  Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən Rusiyanın keçmiş maliyyə naziriAleksey Kudrindeyib ki, rublun ikiqat devalvasiyası həm dövlət, həm də hökumətin iqtisadi siyasətinə cavabdeh qurunmlar üçün rüsvayçılıqdır.

“Bu o deməkdir ki, biz biznes üçün, texnologiyanın idxalı, və ixracat üçün stabil şərait yarada bilmirik… Ona görə də biz elə şərait yaratmalıyıq ki, irəlidə daha valyutanın belə çökməsi baş verməsin. Daxili bazarda neft gəlirlərindən asılılığı artırmamaq lazımdır,” deyə keçmiş maliyyə naziri bildirib.

Neft qiymətlərinin ölkənin maliyyə və iqtisadi vəziyyətinə təsiri məsələsindən danışan Kudrin deyib ki, “neft ölkələri qiymətləri 40 – 50 dollar civarında saxlayacaqlar.”

“Bu onlar üçün çox sərfəlidir. Ancaq onlar üçün 25 dollar da sərfəlidir – söhbət də ondan gedir. Rusiyada (neft hasilatının) maya dəyəri 4 – 6 dollardır, Səudiyyə Ərəbistanında isə 3 – 4 dollardır,” deyə Kudrin qeyd edib.

“Bir çox OPEC ölkələri hesab edirlər ki, son 15 ilin neft qiymətlərinin qaldırılması siyasəti səhv idi. Çünki bir barrelin qiyməti 50-60 dollara qalxanda alternativ və bərpa oluna bilən enerji mənbələrinin işlənməsi mümkün oldu və bu sahələr daha rentabelli oldu. Bunun sayəsində yeni sahələrə investisiya qoyuluşları dövrü başladı” deyə o əlavə edib.

Kudrin qeyd edib ki, artıq vaxtı yetişmiş iqtisadi islahatların aparılması üçün müvafiq institutların yaradılması lazımdır. O deyib ki, bu gün Rusiyada bu institutlar zəif işləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam