Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

TRAMPIN SANKSİYALARI VƏ TOLSTOY:"ÖZÜMÜ XƏSTƏ VƏ PƏRİŞAN İRANLI HACI MURAD KİMİ HİSS EDİRƏM"

Firuz Fərzani

“Iranwire”, 18.11.2018

 

“Əgər onlar “Bərcam”ı (farsca – JCPAO, nüvə sazişi – tərc.) cırarsa, biz onu yandıracağıq”. Bunu İranın Ali Dini Lideri Əli Xamnəi bildirmişdi.

Yenixeber.org: O, Donald Trampın prezident seçkiləri kampaniyası zamanı “dəhşətli”, “gülməli” və “ən pis şey” adlandırdığı nüvə razılaşmasından çıxmaq barədə vədlərinə o belə cavab vermişdi.

İran rəhbərliyi mövcud ABŞ sanksiyaları və düşmənçiliyini “iqtisadi və mədəni müharibə” adlandırır.

Ağ Ev isə sanksiyaları “İran teokratiyasının davranışını dəyişdirməyi qarşısına məqsəd qoyan ağıllı iqtisadi təzyiqlər” adlandırıb.

Qısa və konkret.

Çox təəssüf ki, hər iki tərəf rejimin dəyişdirilməsi və ya müqaviməti yerinə, ziddiyyətin rasional, müzakirə edilə biləcək həll yolundan danışmır.

Beləliklə, biz, kasıb İran xalqı mücərrəd gələcəklə üzləşirik – vətəndaş cəmiyyəti, müstəqil müxalifət, bəsirət və səlahiyyətli rəhbərliyə ümid verə bilməyəcək heçlik.

Ağrılı düşüncələrdən qaçmaq üçün, tez-tez etdiyim kimi, ədəbiyyata üz tutdum və Lev Tolstoyun “Hacı Murad” romanını bir daha oxudum.

Soydaşım, “Tehranda “Lolita”nın mütaliəsi” kitabının müəllifi Azər Nəfisi bu nəşrə ön söz yazıb.

Özümü hekayətin aqibəti məlum qəhrəmanı Hacı Muradla eyniləşdirmək üçün çox vaxt lazım olmadı.

Murad 1850-ci illərdə Çeçenistanda ruslarla mübarizə aparan böyük avar öndəri idi. Lakin rəqib çeçen sərkərdəsi Şamil onun anasını, arvadlarını və oğlunu qaçırdığı zaman, Murad Şamilin məğlub olması üçün Rusiyadan dəstək almalı olduğunu anlayır. Buna görə də o, tərəfi dəyişir və Rusiyaya dəstəyini təklif edir.

Amma bu taktikanın xoşagəlməz nəticələri var və əslində, heç bir müttəfiqi olmayan Murad öldürülür və başı kəsilir.

Lakin Muradın ölümünə qədər Tolstoyun nəsri sədaqətini xarici qüdrətə peşkəş edən insanın beyin bulanıqlığını araşdırır, onun öz mədəniyyətinə və xalqına dərin bağlılığını təqdim edir.

Hacı Murad “uşaqlıq dövrü, qoca və həssas babasını və təpənin ətəyində olan bulağı düşünür. Üzünü yalayan arıq iti xatırlayır”.

“O, doğularkən şərəfinə nəğmə qoşmuş gözəl və cəsarətli nənəsini düşünür və başını qırxdığı oğlu Yusifi xatırlayır”.

Özümü xəstə və pərişan iranlı Hacı Murad kimi hiss edirəm – iki barışmaz düşmən arasında sıxışıb qalmış adam.

Əslində, hamımız, əzabkeş iranlılar Donald Trampın sanksiya qayaları və Əli Xamnəinin yorğun inqilabi barışmazlığı arasındakı tələyə düşmüşük.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam