Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran neft tədarükünü sürətlə azaldır

İran ABŞ sanksiyaları ilə əlaqədar dünya bazarına neft tədarükünü gözləniləndən daha sürətli templərlə azaldır.

Yenixeber.org: Bu barədə məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet sentyabrda İranın ixracatını iyunla müqayisədə azaldacağını bildirib. Tehranın neft tədarükünün 1/3-ni ixtisar edəcəyi yəni gündəlik neft tədarükünü 2,3 milyon barreldən 1,5 milyon endirəcəyi gözlənilir:

“İxracatın noyabra qədər 800 min barrelə qədər azalacağı gözlənilir. Bu da indiki səviyyədən təxminən 2 dəfə azdır”.

Qeyd edək ki, Vaşinqton İranla nüvə razılaşmasından çıxmazdan əvvəl Tehranın neft tədarükü gündəlik 2,68 milyon barrel təşkil edirdi. Avqust ayında bu göstərici 1,66 milyon barrelə qədər geriləyib.

Nüvə razılaşmasından çıxan ABŞ yenidən İrana qarşı sanksiyaları bərpa edib. Vaşinqtonun sanksiyalarının ikinci hissəsinin noyabrda tətbiqi nəzərdə tutulub. Bu tarixdə tətbiq ediləcək sanksiyaların əsas hədəfi İranın neft ixracatı olacaq. Belə ki, ABŞ bunun sayəsində İranın neft ixracatını minimum səviyyəyə endirməyi planlaşdırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam