Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

GƏLƏN İLİN 5 BÖYÜK QLOBAL RİSKİ VƏ FÜRSƏTİ –ABŞ prezidenti Tramp yenə də ən böyük risk qaynağı sayılır - TƏHLİL

Gökhan Şen

“Habertürk”, Türkiyə, 20 noyabr 2018-ci il

 

Qlobal iqtisadi böyümənin yavaşlayacağı, mərkəzi bankların faiz artıracağı və proteksionizmin yüksəlməyə davam edəcəyi bir şəraitdə investorlar üçün böyük risklər və fürsətlər nələr ola bilər?

Yenixeber.org: “2018-ci ilin ən böyük riski nədir?” sualına ötən il “Prezident Tramdır” cavabını vermişdik.

Bu il isə risklər böyüyür.

1. Prezident Tramp. Bu il də eyni cavabı verməkdə uyğunsuzluq görmürəm. ABŞ-ın Çinə nisbətən gücünü itirməsi və Çinin “Bir qurşaq, bir yol” kimi qlobal bir baxış ortaya qoyması artıq Trampın özünün və komandasının imkan və qabiliyyətlərinin sərhədlərini aşmaq üzrədir. Adı yeni dəyişilən NAFTA-dan tutmuş, AB ilə olan münasibətlərin yenidən tənzim edilməsinə qədər, bir çox yerdə Çinin izini görmək mümkündür. Prezident Trampın aldığı hər nəfəsin Çinlə əlaqəsi vardır. Qlobal iqtisadi böyüməni sırf bu üzdən proteksionizmlə vurmağa hazırlaşan Prezident Tramp, mənə görə, yenə ən böyük risk qaynağı olmağa namizəddir.

2. İran-Səudiyyə Ərəbistanı çəkişməsi. Prezident Tramp ilk xarici səfərlərini Səudiyyə Ərəbistanı və İsrailə etmişdi. Özü də bu səfərlər “artıq ABŞ-ın “uçuşa qapalı bölgə” ilə, üstəlik, Orta Şərqlə bir işi qalmayıb, bundan sonra diqqətlər Asiya-Sakit okean regionuna yönələcək” gözləntiləri zirvəyə çıxmışkən baş tutmuşdu. Trampın səudilərə yüzlərlə milyard dollarlıq silah satışı vədi, İsrailə Qüdslə bağlı dəstək verməsi və səfirliyi ora köçürməsi, ardınca da nüvə sazişindən çəkilərək, İrana yönəlik sərt sanksiyalar bəyan etməsi, ilin əvvəlindən bugünədək İranın pul vahidi tümənin dollara nisbətən dəyərini 70%-ə yaxın itirməsi və xarici valyuta qıtlığı çəkən ölkənin buna reaksiyası əmtəə qiymətlərinin yüksəlişi baxımından olduqca ciddi risk yarada bilər.

Üstəlik, vəliəhd-şahzadə Məhəmməd bin-Salman Xaşuqci hadisəsindən sonra öz mövqeyini qoruyub saxlaya bilərsə, bu risk daha da böyüyə bilər.

3. “Exitaly”. Gözlənilən risklərdən biri də populist olan, lakin xalqın səsi ilə hakimiyyətə gələn mövcud İtaliya hökumətinin büdcə ilə bağlı həddindən artıq bədxərclik etməsilə birlikdə, ölkənin borclanmasının milli bankları da, əllərində tutduqları İtaliya xəzinə sənədləri üzündən, aşağı çəkə biləcək bir səviyyəyə çatmasıdır. Digər tərəfdən, hökumətin AB-dən həddindən artıq təzyiq görərək, könülsüz italyanları xoşagəlməz nəticələrə razı salması cəhdi də bir risk olaraq qarşımıza çıxır. Bu üzdən, İtaliyanın AB-dən və ya avrozonadan çıxması mənasına gələn “Exitaly”artıq konkret bir risk təşkil edir.

4. FED-in faiz artımını yavaşlatması. Trampın vergiləri endirməsinın iqtisadi böyüməyə təsirləri yavaş-yavaş dövrədən çıxarkən, ABŞ-ın ən yüksək səviyyədə böyüdüyü kvartal geridə qalacaq, illik iqtisadi böyümə də 3%-in üstündən 2%-in altına düşəcək. Prezident Trampı vergi imtiyazı ilə bağlı yenidən söz verməyə sövq edən Konqresə aralıq seçkilər geridə qalıb. FED isə, heç də onun xoşuna gəlməyən şəkildə, faizləri eyni templə artırmağa davam edir. İqtisadi böyümənin yavaşlamasının və dolların güclənməsinin məsuliyyətini öz üzərinə almamaq üçün ABŞ Mərkəzi Bankının faizləri daha yavaş sürətlə artırması gözləntisinin bazarlar üçün gələn ilin ən yaxşı ssenarisi olduğunu düşünürəm. Bunun sayəsində inkişaf etməkdə olan ölkələrin öz aktivləri hesabına qazancları ola bilər. Zəif dollar və aşağı faizlər qızılın qiymətilə bağlı da optimist gözləntiləri yüksəldəcəkdir.

5. Gələn ilin gözlənilən son böyük riskinin Çindən qaynaqlana biləcək aşağı səviyyəli iqtisadi böyümə ilə, yoxsa AB-də siyasi risklərin artması ilə bağlı olacağına isə qərar verə bilmədim. Lakin bu məsələdə AB-də siyasi risklərin artmasına üstünlük verərdim.

Ancaq risklər siyahısında İngiltərənin hesabsız şəkildə AB-dən çıxması, Almaniyada Merkelin zəifləməsi, Makronun aşağı səviyyəli ictimai dəstəklə yüksək səviyyəli işlər görmək istəməsi, italyanların yaratdığı narahatlıq və periferiyadakı mənfi hallar (Polşa və Macarıstanda demokratiya standartlarının aşağı düş(ürül)məsinin AB-ni çətinliyə salması) da nəzərə alınmalıdır.

Bunların hər biri bu ilin geri qalan dövrü üçün qarşımıza iqtisadi böyüməyə mənfi təsir edəcək risklər olaraq çıxır.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam