Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyanı yeni qlobal iqtisadi böhran gözləyir

    

Dünyanı yeni qlobal iqtisadi böhran gözləyir
Dünyada yeni və daha təhlükəli qlobal iqtisadi böhran baş verəcək. 
Yenixeber.org: Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun “The Guardian” qəzetinə müsahibəsində bununla bağlı xəbərdarlıq edib. Bildirib ki, dünya iqtisadiyyatı yeni böhran riski ilə üzləşəcək və bu dəfə əvvəlki böhranlardan fərqli olaraq fəsadları aradan qaldırmaq elə də asan olmayacaq. Çünki növbəti qlobal böhranda maliyyə sferasında etimad itkisi həm də hökumətlərarası etibarsızlıqda öz əksini tapacaq. Bununla da dünya yenidən milli təfriqələr erasına qayıdacaq.

Qordon Braunun fikrincə, belə şəraitdə hökumətlərlə milli bankların əməkdaşlıq edəcəyini gözləmək çətindir. Çünki böhranda tərəflər məsuliyyəti bir-birinin üzərinə atacaqlar. 

Britaniyalı sabiq baş nazir onu da vurğulayıb ki, bu dəfəki qlobal böhranda Çin 10 il əvvəlkitək yeni iqtisadi stimulların yaradılmasına yönələn ümumi anti-böhran siyasətinin hazırlanması üzrə Avropa ilə əməkdaşlığa getməyəcək. Səbəb isə hazırkı ticarət müharibələridir. 

Braunun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın proteksionizm siyasəti beynəlxalq əməkdaşlığın qurulması yolunda ən başlıca maneədir. 

Qeyd edək ki, Qordon Braun 2007-2010- cu illərdə Britaniyadakı leyborist hökumətinə başçılıq edib. Ondan əvvəl isə 10 il müddətində Birləşmiş Krallığın maliyyə naziri olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam