Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyanın HİYLƏGƏR PLANI, buzlar üstündə MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Paşinyanın HİYLƏGƏR PLANI, buzlar üstündə MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb. Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib. Türkiyənin Mardin vilayətində bomba yüklü avtomobillə birlikdə 5 terrorçu ələ keçirilib. ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb. Rusiya 322 Ukrayna vətəndaşı və 68 şirkət barəsində sanksiyalar tətbiq edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyadan olan həmsədr İqor Popovu, Fransadan olan həmsədr Stefan Viskontini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb. Nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir.

 

 

Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib. Baş nazir postuna yeganə namizəd Nikol Paşinyan olub.

Baş nazirin seçilməsi üçün lazım olan 53 səsi toplamaq mümkün olmayıb. Bir həftə öncə keçirilən ilk iclasda da baş naziri seçmək mümkün olmamışdı.

Ermənistan konstitusiyasına görə, parlament iki iclasda baş naziri seçə bilməsə, buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədənkənar seçki planı Nikol Paşinyana məxsusdur. Paşinyan müxalifətin parlamentdəki üstünlüyünü ələ keçirmək üçün oyun oynadı: əvvəlcə özü istefa verdi, sonra iki iclasda baş nazirin seçilməməsini təmin etdi və növbədənkənar seçkini təmin etdi. Prosesin bu cür inkişafı Ermənistanda parlamentin buraxılması ilə nəticələnəcək.

Paşinyan bu gün jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.

Türkiyənin Mardin vilayətində bomba yüklü avtomobillə birlikdə 5 terrorçu ələ keçirilib. Avtomobildə 32 ayrı terror hücumunda istifadə edilməsi nəzərdə tutulan təxminən 250 kiloqram partlayıcı maddənin olduğu aşkarlanıb.

Ələ keçirilən avtomobil və terrorçularla əlaqədar genişmiqyaslı araşdırma başladılıb.

Səhər saatlarında isə Qaziantepdə kamikadze təlimi aldığı müəyyən edilən bir terrorçu tutulub. H.M. adlı terrorçunun PYD/YPG terror təşkilatının üzvü olduğu, Suriyanın Telabyad bölgəsində yerləşən düşərgələrdə təlim olduğu bildirilir. Onun terror hücumu təşkil etmək məqsədiylə qeyri-qanuni yollarla Türkiyəyə girdiyi təxmin edilir.

İŞİD terror təşkilatının növbəti qurbanı İordaniya olacaq. Bu haqda “The National Interest”nəşri bildirib.

Nəşrin məlumatına görə, terrorçularla mübarizə üzrə regionda Birləşmiş Ştatların müttəfiqlərindən biri olmasına baxmayaraq, İordaniya təhlükədədir. Qeyd edilir ki, hazırda 3 min iordaniyalı bir sıra terror təşkilatlarını doldurub və onlar yaxın gələcəkdə vətənə qayıdaraq ölkənin təhlükəsizliyi üçün təhdid yaradacaqlar.

Nəşr dəqiqləşdirir ki, vəziyyət işsizlik, yoxsulluq, dini ekstremizm və zəif idarəçiliklə daha da ağırlaşacaq. Ölkədə olan Suriya qaçqınları da həmçinin terrorçuların sıralarına qoşula bilər.

ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb. Bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

İran nefti ilə bağlı bəyanat yayan Tramp isə dünyanın İransız da mövcud ola biləcəyini deyib:

“Mən belə qənaətə gəlmişəm ki, dünyada neft digər ölkələr tərəfindən kifayət qədər istehsal edilir. Bu, İranın neft və neft məhsullarının alışını azaltmaq üçün yetərlidir”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ noyabrın 4-də İran neftinə qarşı sanksiyalar tətbiq edəcək. ABŞ digər ölkələrdən bu tarixə qədər İran neftinin alışını dayandırmalarını istəyib, əks təqdirdə onlara qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.

İsrailin kəşfiyyat qurumu MOSSAD İranın beynəlxalq münasibətlərinə zərbə vurmaq üçün “saxta bayraq” əməliyyatları həyata keçirir. Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“MOSSAD-ın pozğun və inadkar bir şəkildə “saxta bayraq” əməliyyatlarına davam etməsi sadəcə bizim dünya ilə qurucu münasibətlər barədəki qərarlılığımızı gücləndirir”, - nazir bildirib.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı barədə daha bir iddia ABŞ-ın “Vaşinqton Post” qəzetindən gəlib.

 

 

ABŞ Senatının bir neçə senatoru Prezidenti Donald Trampdan Səudiyyə Ərəbistanı ilə krallıq ərazisində yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqların dayandırılmasını tələb edib. Senatorların belə tələbinə səbəb Qaşıqçı cinayətidir. Senatorlar Səudiyyə Ərəbistanının bir sıra rəsmi şəxsləri ilə bağlı ABŞ-ın qərar qəbul etməli olduğunu bildirib.

Onlar Trampın bu müraciətə məhəl qoymayacağı təqdirdə Konqresdə Vaşinqton-Ər-Riyad razılaşmasına veto qoyacaqlarını bildiriblər.

Son aylar ərzində Səudiyyə Ərəbistanında AES tikintisi ilə bağlı Vaşinqtonla Ər-Riyad arasında intensiv danışıqlar aparılır. Belə ki, Ər-Riyad növbəti 20-25 il ərzində ölkədə 16 nüvə enerji bloku tikməyi və bunun üçün 80 milyard dollar xərcləməyi planlaşdırır.

NATO Orta və Yaxın Mənzilli raketlərin məhvi anlaşması ilə bağlı Rusiya ilə dialoqu davam etdirməyə hazırdır. Bu barədə NATO - Rusiya Şurasının Brüsseldə baş tutan toplantısından sonra yayımlanan yekun bəyanatda deyilib.

Bəyanatda eyni zamanda vurğulanıb ki, alyans bütün müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün effektiv tədbirlər görməyə də hazırdır.

Arktikada “soyuq müharibə” kəskinləşir, isti olmaq və regionda buzu yandırmaq təhlükəsi var. Bu haqda Amerikanın “CounterPunch” nəşri yazıb.

 

 

Rusiya 322 Ukrayna vətəndaşı və 68 şirkət barəsində sanksiyalar tətbiq edib.Sənədi Rusiyanın baş naziri Dmitri Medvedev imzalayıb.

Xüsusi halda, sanksiyalar 6 mart 1985-ci ildə doğulmuş Aleksey Poroşenkoya qarşı tətbiq edilib. Bu məlumatlar Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlunun doğum tarixiylə uyğun gəlir. Həmçinin sanksiyalara Ukraynanın Konstitusiya Məhkəməsinin hakimləri, Ali Radanın deputatları, böyük sahibkarlar, məmurlar, icra hakimiyyəti orqanlarının rəhbərləri məruz qalıb.

Məhdudlaşdırıcı ölçülər Rusiya ərazisindəki nağdsız pul vasitələri, sənədsiz qiymətli kağızlar və əmlakın dondurulmasını, həmçinin pul vasitələrinin Rusiyanın hüdudlarından çıxarılmasını nəzərdə tutur.

Sanksiyalar yalnız onda ləğv oluna bilər ki, Ukrayna anti-Rusiya sanksiyalardan imtina etsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam