Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Həmsədrlər İrəvandadır – Regiona səfər başladı 

 

Həmsədrlər İrəvandadır – Regiona səfər başladı
Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyan bu gün ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskontini, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
 Yenixeber.org: Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, danışıqlar zamanı Ermənistanda yeni hökumətin formalaşmasından sonra həyata keçirilən görüşlər və həmsədrlərin regiona səfərləri müzakirə olunub. Bu mənada, Mnatsakanyan görüşlərin müsbət dinamikasından razılıq ifadə edib. 

Tərəflər həmçinin, sentyabrda MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilən görüşə və əldə olunan razılaşmalara da toxunublar. Mnatsakanyan bildirib ki, həmin razılaşmaların praktikada tətbiqi sülh atmosferinin yaradılması məqsədi daşıyır. Onun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində hərbi ritorikadan imtina edilməsinin vacibliyi aktual olaraq qalır. 

Görüşdə eləcə də, Minsk qrupu həmsədrlərinin növbəti addımları da müzakirə edilib. Qeyd olunub ki, vasitəçilər İrəvandan sonra Xankəndinə, daha sonra isə Bakıya gələcəklər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam