Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropaya uzanacaq türk boruları Almaniyanı niyə narahat edir? –Təhlil

Fatih Altaylı

Habertürk (Türkiyə), 29.08.2017

 Yenixeber.org: Türkiyə və Almaniya arasındakı gərginlik tədricən çoxalır və mənim baxışımca, münasibətlərimiz bütün tarix boyu ən aşağı səviyyədədir. Sıyrılmış qılınclar və qarşılıqlı kəskin bəyanatlara əsasən, ən yaxın perspektivdə “ən yaxşı” yönə hər hansı tərpəniş gözləmək mümkün deyil. “Ən pis”ə doğru dəyişiklik ehtimalı daha yüksək görünür. Ölkəmizdə bəziləri deyirlər ki, Almaniya Türkiyəyə “həsəd aparır” və bu məsələni hər şeydən əvvəl İstanbulun üçüncü aeroportunun inşası, yəni Almaniya və onun “Lufthansa” aviaşirkətinin bu layihə ilə bağlı narahatlığı ilə əlaqələndirirlər.

Bu baxış nöqtəsini nüfuzlu və düzgün adlandrımaq olmaz. Düşünmürəm ki, İstanbulda üçüncü aeroport Almaniyanı o qədər narahat edir ki, bu cür ədavət doğura bilsin. Almaniya üçüncü aeroporta həsəd aparmır. Aparırsa da, o dərəcədə deyil.

Lakin Almaniyanın həsəd apardığı daha nəsə var və Bosfor unuiversiteti energetika siyasəti araşdırmaları Mərkəzinin direktoru Gürkan Kumbaroğlunun fikrincə, bu həsədin səbəbi “borular”dır.

Professor Kumbaroğlunun mənə izah etdiyi kimi, Almaniya ilə qarşılıqlı gərginlik siyasətində energetik ölçü də var və bu, böyük önəmə malikdir. Ola bilsin, energetika hətta əsas səbəbdir.

Kumbaroğlu deyir: “Almaniya XİN-in maliyyələşdirdiyi və yekunu 2016-cı ilin noyabrında dərc edilmiş araşdırmaların nəticələrinə əsasən, Rusiyadan Almaniyaya təbii qaz verilməsinə hədəflənmiş “Şimal axını-2” layihəsi Almaniyanı Avropanın qaz mərkəzinə çevirməlidir. Almaniya iqtisadiyyat və energetika naziri nəticələrin dərcindən dərhal sonra qulluq yerinui dəyişib və xarici işlər naziri vəzifəsini tutub”.

Professor Kumbaroğlunun ifadəsincə, burada da qorxduqları şey baş verib. Çünki Türkiyə “Türk axını”, Transanadolu qaz kəməri (TANAP) layihələri və İsrail təbii qazının Avropaya ötürülməsində rolu ilə, əslində, “Şimal axını-2” layihəsini vurub “yan xəttin” arxasına atır. Kumbaroğlu deyir: “Deyə bilərik ki, “Şimal axını-2” layihəsi” “Türk axını” və Türkiyə üzərindən Avropaya gedəcək digər boru kəmərləri layihələrinə birbaşa rəqibdir. TANAP, “Türk axını”nın inşasının sürətli gedişi, həmçinin İran və İsrail qazının Türkiyə üzərindən Avropaya ötürülməsinin gündəliyə qoyulması – bütün bu hadisələr “Şimal axını-2” layihəsini dalana aparır. Bütün bunlar Türkiyə və Almaniyanın energetikada maraq münaqişələrini doğurur. Türkiyə öz coğraqfi mövqeyi üzündən bu münaqişədə Almaniyanı bir çox baxımdan üstələyir, çünki Avropaya enerji resurslarının əldə edilməsi imkanlarını rənarəngləşdirmək imkanı verir. Qaynaqların müxtəlifliyi AB-yə həm bazar rəqabəti, həm də tədarüklərin təhlükəsizliyi baxış nöqtəsindən mühüm üstünlük təmin edir. Və bu durum gərginliyin eskalasiya səbəbinə çevrilir”.

Kumbaroğlunun sözlərinə görə, həm ABŞ, həm də AB ölkələri Rusiyanın energetika dominatlığını möhkəmləndirən və inhisarlaşdıran “Şimal axını-2” layihəsinə qarşı çıxış edir. Bu da bir çox baxımdan Almaniyanın əsəblərinə təsir edir.

 

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam