Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək” -Fransua Fiyon

“Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək” -

 

“Fransa hakimiyyəti Türkiyənin Avropa İttifaqına üzv ola bilməyəcəyini açıq-aşkar deməlidir”.

Yenixeber.org:  TASS-a istinadən xəbərə görə, bunu Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd Fransua Fiyon “Europe1” radiostansiyasında çıxışı zamanı bildirib. O deyib ki, bunu Türkiyəyə demədiklərinə görə, Avropanın başqa dövlətləri də tənqid edilməlidir.
“Türkiyə ilə münasibəti başqa formada qurmaq lazımdır. Ancaq biz 30 ildir Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini müzakirə edirik. Fikrimcə, hazırda Türkiyə ilə münasibətlərdə gərginlik yaradan səbəblərdən biri də bu məsələdir”, – prezidentliyə namizəd vurğulayıb.
Məsələni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Rəcəb Təyyub Ərdoğanın 2000-ci illərin əvvəllərində hakimiyyətə gəldikdə Avropa İttifaqı ilə yaxın əlaqələr qurduğunu yada salır. E.Şahinoğlu deyir ki, başlanğıcda Avropa İttifaqı Ərdoğanın islahatlarını dəstəkləyib:
“Lakin illər keçdikdən sonra münasibətlər soyudu. Çünki anlaşıldı ki, Avropa İttifaqı Türkiyəni birliyə qəbul etmək istəmir. Bu, Ərdoğanın da Brüsselə münasibətinin sərtləşməsinə səbəb oldu.
Son hadisələrdən sonra mən də elə düşünürəm ki, yaxın perspektivdə Türkiyənin birliyə üzvlüyü real deyil. Türkiyə Avropa İttifaqının hər şərtini yerinə yetirincə, qarşısında başqa şərtləri görür. Şərtlər bəhanədir, sadəcə, Brüssel Türkiyəni birliyə qəbul etmək istəmir və prosesi uzatmağa çalışır. Ona görə də Fransada prezidentliyə namizəd Fransua Fiyon hardasa haqlıdır. Brüssel açıq deməlidir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü nə dərəcədə realdır və yaxın perspektivdə danışıqlar sürətlənə bilərmi? Məncə, Ankaranın özü də artıq Avropa İttifaqına üzvlükdə maraqlı deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam