Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Regionda ABŞ-ın maraqlarının təmin edilməsi ölkəmizlə əməkdaşlıqdan asılıdır”

“Biz öncə də demişdik və indi də təkrar edirik ki, Azərbaycan Amerika xalqının seçdiyi prezidentlə işləyəcək. İndiki halda Amerika xalqı Trampı seçib və biz onunla işləyəcəyik”

Xeberinfo.com:  Bunu virtualaz.org-a ABŞ-dakı prezident seçkilərinin nəticələrini şərh edərkən AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov belə deyib.

Səməd Seyidovun fikrincə, bizi ilk növbədə Amerika prezidentinin ölkəmizin maraqlarını nə dərəcədə nəzərə alacağı narahat etməlidir. Hər bir halda arzu olunandır ki, ABŞ-ın yeni rəhbərliyi öz ölkəsinin Azərbaycan qarşısında götürdüyü tərəfdaşlıq öhdəliklərinə sadiq qalsın və hər hansı lobbist qrupların və anti-Azərbaycan qüvvələrinin təsirindən qaçsın.

“Əlbəttə, Obama administrasiyası ölkəmizlə münasibətlərdə xeyli yanlışlıqlara yol verib, lakin düşünürəm ki, hazırkı administrasiya bu səhvləri düzəldəcək və münasibətlərin əvvəlki səviyyəsinə qayıdacaq. Bizim bir arzumuz var: Ag Evin yeni sahibi ölkəmizin regiondakı əhəmiyyətini və rolunu anlasın. Bu mənada nəzərə alınmalıdır ki, ABŞ-ın özünün regiondakı maraqlarının təmin edilməsi Azərbaycanla strateji və qarşılıqlı faydalı əməkdaşlıqdan asılıdır”, - S.Seyidov əminliklə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam