Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sizi ermənilərin dəstəklədiyini hamı bilir -Seyidov

 

Azərbaycan hər zaman dialoqa açıqdır, heç vaxt problemləri müzakirə etməkdən çəkinməyib

 

Yenixeber.org: Bu fikri AŞPA-da “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında hesabatların müzakirəsi zamanı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov hər iki sənədin Azərbaycana qarşı kifayət qədər sərt tənqidlərlə dolu olduğunu bildirib. Ancaq monitorinq komitəsinin tərtib etdiyi məruzədə Azərbaycanla dialoqa dair müsbət meyillərin olmasının sevindirici hal olduğunu bildirib. “Buradakı çıxışlarda kiçik mənfi məqamların qəsdən böyüdülməsi, bilərəkdən şişirdilməsi faktının şahidi oluruq. Peter Omtziq mənə sual ünvanladı. Mən ona cavab olaraq çağırış edirəm: Daha bəsdir, kifayətdir. Özünüzü demokratiya və insan hüquqlarının həqiqi müdafiəçisi kimi göstərməkdən əl çəkin! Çünki biz sizin hansı motivlə hərəkət etdiyinizi, sizin arxanızda kimlərin dayandığını bilirik. Sizin ermənilər tərəfindən dəstəkləndiyinizi təkcə biz deyil, artıq hamı yaxşı bilir”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Səməd Seyidov deyib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 16 il ərzində nəhəng islahatlar həyata keçirib və keçirməyə də davam edir. Lakin təəssüf ki, bunların heç biri nəzərə alınmır və Azərbaycana təzyiq göstərmək cəhdindən əl çəkilmir. Assambleyamızın bəzi üzvləri, hətta Avropa Şurasının baş katibi Azərbaycanla məşğul olmağı gündəlik məşğuliyyətə çeviriblər: “Avropa Şurasının baş katibi vəzifəsindəki “baş” sözünü qəbul edib, lakin bu vəzifənin içində “katib” kəlməsinin olduğunu unudub. Katibin işi ölkələr arasında dialoqun kəsilməsi üçün cəhd etmək yox, dialoqun təşviqi olmalıdır. Anlamaq olmur ki, cənab Yaqland Rusiya ilə dialoqun təşviqi üçün bu qədər səylə çalışdığı halda, Azərbaycan ilə əlaqələrin kəsilməsi üçün niyə bu qədər vaxt və güc sərf edir”.

Səməd Seyidov Azərbaycanın dialoqa hər zaman açıq olduğunu bir daha bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam