Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"AŞPA-ya olan etimad sarsılıb" -Səməd Seyidov

Yenixeber.org:  AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov virtualaz.org-a təşkilatın sədri Pedro Aqramuntun Suriyaya özbaşına səfəri ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Aqramntun bu addımı AŞPA üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər. Yarandığı 1949-cu ildən bəri təşkilatda analoji heç bir hal baş verməyib.

Xatırladaq ki, Aqramunt Rusiya Dövlət Duması üzvləri və bir sıra digər AŞPA deputatları ilə birlikdə mart ayının sonarında Suriyaya səfər edib. Səfər çərçivəsində onların Suriya prezidenti Bəşər Əsədlə görüşü baş tutub. Bundan əlavə, nümayəndə heyəti Rusiya Hərbi-Kosmik Qüvvələrinin Hmeymimdəki bazasında olub və burada Qarşıduran tərəflərin barışdırılması üzrə Mərkəzin fəaliyyəti ilə tanış olub.

Avropalı deputatlar hesab edirlər ki, Aqramunt öz planları ilə bağlı AŞPA-nın müvafiq strukturlarını xəbərdar etməməklə səhvə yol verib və bu, təşkilatın prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bununla birgə, Səməd Seyidov AŞPA sədrinin hərəkətlərində çox əhəmiyyətli bir qəbahətin olmadığını da bildirib:

“AŞPA-da impiçment proseduru yoxdur, həmçinin Aqramunt hərəkətlərinə görə üç dəfə üzr istəyib. Lakin bütün bunlara baxmayaraq, deputatlar onun istefasında israrlıdırlar. Qərara alınıb ki, bu məsələyə növbəti iclasda baxılsın və mən məsələnin nə ilə bitəcəyinə dair proqnoz verməkdə çətinlik çəkirəm. Hələlik yalnız bir şey aydındır: AŞPA artıq kimisə tam həcmdə müdafiə edə bilmir, ona olan etimad isə xeyli sarsılıb”, - S.Seyidov deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam