Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycanın ABŞ-dakı səfiri Bakıya çağırılıb

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov məsləhətləşmələrin aparılması üçün Bakıya çağırılıb.

Xeberinfo.com:   Bu barədə virtualaz.org-a vəziyyətlə tanış olan mənbələr bildiriblər.

Səfirin Bakıya çağırılması müddət etibarilə Azərbaycanla ABŞ arasında münasibətlərin soyuduğu dövrə təsadüf edib. Bu soyuqlaşma Ağ Evə yaxınlığı ilə tanınan “Washington Post” qəzetində tənqidi yazılardan sonra meydana gəlib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariçin və Dövlət Departamentinin keçmiş əməkdaşı D.Kremerin müəllifliyi altında dərc olunmuş yazıda faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsi təklif olunurdu.

Qeyd edək ki, virtualaz.org bu gün baş məqalə ilə çıxış edərək, rəsmi Bakını cavab tədbirləri görməyə çağırıb ki, bunların sırasında məsləhətləşmələr üçün Azərbaycan səfirinin Vaşinqtondan çağırılması da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam