Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Səfirdən sensasion bəyanat: “Putin fürsətdən istifadə etdi...”

Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları ilə bağlı bildirib ki, ABŞ regionda “Türkiyə ilə Rusiya arasında qarşıdurmanın təsiri ilə” artan gərginliklə bağlı daha qətiyyətli addımlat atmalıdır.

Xeberinfo.com:   Məlumata görə, səfir bu haqda The Washington Times qəzetində dərc edilmiş məqaləsində danışıb. Onun məqaləsindən xülasələri “The Washington Post” qəzeti dərc edib.

Bununla belə səfir əlavə edib ki, Qarabağ münaqişəsi regionunda Rusiyann dəstək verdiyi Ermənistanla Türkiyənin müttəfiqi Azərbaycan arasında baş vermiş son toqquşmaların birbaşa Ankara-Moskva qarşıdurması ilə bağlı olduğuna əmin deyil. Lakin səfir qeyd edib ki, bu toqquşmalar regionda vəziyyətin necə gərgin olduğunu və hadisələrin hər an nəzarətdən çıxa biləcəyini göstərir.

Elin Süleymanovun sözlərinə görə, Obama administrasiyası bu günlərdə Rusiyanın regionda artan təsir imkanlarına cavab olaraq Azərbaycanla daha dərin tərəfdaşlıq əlamətlərini nümayiş etdirib. Bununla belə səfirin fikrincə ABŞ-ın regiona daha artıq diqqət göstərməsi vacibdir. O, Obama administrasiyasının Türkiyə ilə Rusiya, aprelin əvvəllərində isə Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşmalara real təsir göstərmək üçün nadir şansı əldən verdiyini qeyd edib.

Süleymanov deyib ki, həmin toqquşmalar zamanı prezident Obama deyil, Rusiya prezidenti Vladimir Putin situasiyadan istifadə etdi, özünü sülhməramlı vasitəçi kimi göstərdi, Dağlıq Qarabağ ətrafında atəşkəsi bərpa etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərini Moskvaya çağırdı.

“Bu gün aydındır ki, son iki həftə ərzində Rusiyanın regionda əsas diplomaik güc kimi statusu daha da artdı”-səfir bildirib. “Rusiya olduqca mühüm,  həlledici oyunçudur. Biz bunu gördük. Və son iki həftə ərzində biz Rusiyanın regionda əvvəllər olduğundan daha fəal iştirakına şahid olduq”-Elin Süleymanov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam