Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Metrodakı ticarət köşklərindən yığılan pullar hara xərclənib?

 

 

 

xeberinfo.com: Bakı Metropolitenində ticarət köşkləri söküləndən sonra sahibkarlara bir neçə yer təqdim edildi. Satıcılar onlara təqdim edilən ünvanlardan bir neçəsini qəbul etmədiklərini mətbuata deiblər. Onlar A.M.A.Y.-ı, “Keşlə”ni, bəyənmədiklərini deyirlər. Bildirirlər ki, sözügedən ticarət yarmarkalarda alıcılar azdır.

 

         Metro tacirləri köçdükləri yerdən narazıdırlar

 

  “Şərq” bazarında üz tutan bir qrup metro taciri deyir ki, indiki ünvanlarında yer haqqı Metropolitendəkindən çox da baha deyil. Təzə yerlərinə hələ öyrəşə bilməyən satıcılar deyirlər ki, metrodakı dükanların təmiri üçün verdikləri pulları hələ ala bilməyiblər.

   “Biz o pulumuzu tələb edirik. Onu versəydilər, işimizi görərdik. Vəziyyətimiz ağırdır. Yerini dəyişən alverçi necə olar? Müştərilərimiz yoxdur. Yəqin bir-iki ay ziyana işləyəcəyik”, - deyə satıcılar bildirirlər.

Metronun “28 may” stansiyasının yaxınlığındakı ticarət mərkəzinə yerləşən pənah gətirən bir neçə satıcı da yerdən narazıdır. Onlar yer haqlarının yüksək olmasından, eləcə də alıcıların azlığından şikayət edirlər: “Metronun girişi təmir olunur deyə, sərnişinlər çoxu ticarət mərkəzinin içindən keçib metroya düşür. Bir müddət sonra isə təmir olunan hissə istifadəyə veriləcək və bizə çox böyük yük düşəcək. Həm də bir yerdə işləyib müştəri yığmaq üçün bir müddət işləmək lazımdır. Biz hələ bir neçə ay qazancsız işləməliyik”.

Metronun “Neftçilər” stansiyasında çalışan ticarətçilərin bir neçəsi yaxınlıqdakı ayrı-ayrı dükanlarda yer kirayələyiblər. “Əhmədli”də çalışanların da bir neçəsi yeni iş yeri tapa bilib.

Metro ticarətçilərinin cüzi hissəsi “Xalqlar dostluğu” yarmarkasında icarəyə yer götürə bilib. “Ayı 150 manata kənar bir yerdə kiçik dükan götürə bilmişik. Heç alver gedəcək yerə oxşamır”, - deyə keçmiş metro ticarətçisi musavat.com-a bildirib. Onlar qeyd edirlər ki, metropoliten rəhbərliyinin pulsuz yer icarəyə verməsi vədi ağ yalandır. “Bizə Günəşlidə, Keşlədə, həmçinin AMAY ticarət mərkəzində yer təklif edirlər. Oraya kim gedər? Təklif edilən yerlər ticarət mərkəzi qurulacaq yer deyil və orada satış mümkünsüzdür”,- satıcılar qeyd edirlər. Onlar bildirirlər ki, tapdıqları yerlər üçün icarə haqqını özləri ödəyirlər və metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd ediblər: “Həmin yerlər də normal deyil”.

 

Metrodakı yer haqqından dövlətə nə qədər vəsait gedirmiş?

 

Metroda işləyənlər onu da bildirdilər ki, onların ödədikləri yer haqqının çox cüzi hissəsi qeydə alınırmış. Məsələn, 500 manat yer haqqı olan dükanı qaimədə 50-60 manat qeyd edirdilər. İlk baxışdan bu inandırıcı görünməyə bilər. Ancaq Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun “Azadlıq” radiosuna müsahibəsində çox şeylərə aydınlıq gətirmişdi. Müsahibədən kiçik bir hissəni diqqətinizə çatdırırıq: “... Ayda 70 min manat vəsait köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyir, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir”. Tağı Əhmədov həmçinin bildirmişdi ki, həmin pullardan vergi ödənilmir: “Heç bir manat da ödənmir”.

O, icarə haqqınını məbləğini də açıqlamışdı: “Bir kvadrat metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır”.

Ancaq sonradan məlum oldu ki, icarədarlar metro rəhbərliyinə köşk almaq üçün verdikləri pullardan əlavə, aylıq da ən azı 600 manat yer haqqı ödəyirmiş. Yeri gəlmişkən, bir neçə ilə əvvəl azadməkan.org saytı metrodakı köşklərlə araşdırma aparmışdı. Araşdırma nəticəsində bəlli olmuşdu ki, ümumilikdə Bakı Metropolitenində 1282 obyekt icarəyə verilib. Hər obyektdən aylıq orta hesabla 700-750 manat alınır. Bu ilə 11 milyon manatdan artıq vəsait edir. Tağı Əhmədov isə ildə ticarətdən metroya gələn gəlirin 840 min manat olduğunu iddia etmişdi.

Tağı Əhmədovun bu müsahibəsi satıcıların bizə dediklərini bir növ təsdiq edir. Əks halda, keçmiş rəis yuxarı məbləğ deyərdi.

 

Satıcılar əmindirlər ki...

 

Xatırladaq ki, metrostansiyalardakı bütün ticarət köşkləri yığışdırılsa da, bu yalnız birinə şamil edilməyib. “20 Yanvar” stansiyasındakı köşklərin böyük bir hissəsi fəaliyyətini davam etdirir. Öncə buranın da o biri stansiyaların aqibətini yaşacağı haqda informasiyalar yayılsa da, sonradan bu təkzib edildi. Satıcılar əmindirlər ki, onların ticarət köşkləri sökülməyəcək.

“Bizə dedilər ki, sizin yerlər sökülməyəcək, istədiyiniz qədər işləyə bilərsiniz. Bu da bizi sevindirir. Burada 200-dən çox dükan var. Bu 200 ailənin qazancı deməkdir. Sağ olsunlar, işləməyimizə imkan verirlər”, -deyə satıcılar əminliklə bildirirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən mətbuata bildirilib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib. Metropolitenə aid olan ərazilərdə ticarət obyektləri sökülüb. Ancaq metronun “20 Yanvar” stansiyasındakı keçiddəki ticarət obyektləri metropolitenin ərazisinə aid deyil. Bu üzdən də onlara toxunulmayıb.

 

      “Metropoliten” mətbuatı qınadı

 

    Bu arada o da məlum olub ki, “Bakı Metropoliteni” QSC-də çalışanlarla iki aylıq əmək müqaviləsi bağlanılıb. Sosial şəbəkələrdə idarənin əməkdaşlarına istinadən yayılan məlumatda deyilir ki, müqavilə müddəti bitəndən sonra ixtisarlara başlanılacaq. İlk olaraq təqaüd yaşına çatan metro əməkdaşları işdən çıxarılacaq.

İdarənin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva isə metropolitenlə bağlı yayılan məlumatlara görə mətbuatı qınayıb.

     N.Tarıverdiyeva virtualaz.org saytına bildirib ki, təqaüdçülərin işdən çıxarılması təbiidir: “Yazırlar ki, mənə mətbuatla danışmaq qadağan edilib. Bəs sizlə niyə danışıram? Sadəcə olaraq nizamnamə dəyişib, yeni struktur formalaşır. Mən buna görə də tam formalaşmadan açıqlama vermək istəmirəm. Ümumiyyətlə, metropolitenlə bağlı çox yanlış məlumatlar verilir”.

 

     N.Tarıverdiyeva 2 aylıq əmək müqaviləsinin bağlanılmasından xəbərsiz olduğunu dedi: “Əmək müqaviləsinin bağlanılıb-bağlanılmadığı haqqında məlumatım yoxdur. Amma hazırda hər kəs iş başındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam