Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Metro ticarətçiləri yeni ünvanlarından narazıdır

 

 

 

    xeberinfo.com: “Bakı Metropoliteni”nə Zaur Hüseynov rəhbər təyin olunması yeraltı dünyanın halını dəyişdirdi. Kimisinə yeraltı dünya işıqlı, kimin üçünsə zülmət bir yeri xatırladır.

Metropoliteninin stansiyalarında (“20 Yanvar” istisna olmaqla-red) ticarət qadağan edildi. Dükanlar söküldü, satıcılara alternativ yerin veriləcəyi vədi edildi. Bundan razılaşmayan ticarətçilər bir neçə dəfə qurumun ofisi qarşısında aksiya keçirdilər. Satıcılar metro rəhbərliyindən, eləcə də hökumətdən bir neçə tələbi vardı. Onlar gedəcəyi ticarət mərkəzlərində bir neçə ay yer haqqını verməmək, təmir adıyla onlardan alınan 1000-1500 manat pulu geri qaytarmaq, banklara olan borcunu bir müddətlik dondurmaq idi. Əvvəlcə zərərçəkənlərə söz verilsə də, tələbləri sonradan qulaqardına vuruldu.

 

Keçmiş metro ticarətçiləri hökuməti vədinə xilaf çıxmaqda suçlayır

 

Metronun “28 may”, “Xalqlar dostluğu”, “İnşaatçılar”, “Neftçilər”, “Əcəmi” stansiyasiyalarında ticarətlə məşğul olan satıcılar yaxınlıqdakı ayrı-ayrı dükanlara və ticarət mərkəzlərinə pənah gətiriblər. Alıcıların azlığından şikayətlənən ticarətçilər deyirlər ki, onlara heç bir güzəşt tanınmadı: “Bizə təklif olunan yerlər normal deyildi. Orada alver olmayacaqdı. Bizə “Keşlə” bazarını deyirdilər. Orada kartof-soğan  satırlar, camaat bizdən pal-paltar alandı? Təklif edilən yerlərə getməkdənsə, metronun yaxınlığında yer götürdük. Burada zəif də olsa alver etmək mümkündür. Daimi bizimlə işləyən alıcılara görə yaxınlığı seçmişik. Başçqa çarəmiz yoxdur. Hökumət təkliflərimizin heç birini yerinə yetirmədi. Banklara borcumuz var deyə məcbur olub buranı seçdik”.

“Nərimanov”dan köçən ticarətçilər sözügedən stansiyanın yaxınlığında yeni açılmış “Metro” ticarət mərkəzinə yer tutublar.ı O qədər böyük olmayan buraya hələ ki, başqa yerlərdən gələn olmayıb.

“Metrolarda alverə icazə verilmədiyindən hərəmioz bir yana getdik. Bir müddət işlədik heç nə əldə etmək mümkün olmadı. Çünki “Nərimanov” bizə daha uyğun yer idi. Sonda belə qərara gəldik ki, belə bir yer götürək”, - deyə satıcılar bildirirlər.

Onların sözlərinə görə, yeni ticarət mərkəzində yalnız 30-32 dükan var: “Bura əvvəllər kafe olub. İndi ticarət mərkəzinə çevirilib, o qədər də böyük yer deyil, dükanların sayı azdır.  ticarət köşkü var. Yeni olduğu üçün hələ ki, tam hazır deyil. Bütün ticarətçilər köçməyib. Alıcılar azdır, indi-indi toplamağa başlayırıq. Çoxunun burdan xəbəri yoxdur”.

 

Satıcılar BŞİH-i təkzib edir

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov metro ticarətçiləriylə bağlı mətbuata maraqlı açıqlama verib. Deyib ki, metro ticarətçilərinin böyük əksəriyyətinin “Sədərək” və “Binə” Ticarət mərkəzlərində alternativ obyektləri olub”.

Onun sözlərinə görə, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin 10 faizi qurumun təklif etdiyi yerlərdə işlə təmin olunub, ancaq 90 faizi obyektlə əlaqədar müraciət etməyib: “Yəni bu faktın özü də göstərir ki, sahibkarların Metropolitenin piyada keçidlərində olan yerləri son sığınacaq yerləri deyil. Sahibkarların “Binə” və “Sədərək” ticarət mərkəzlərində yerləri olduğundan, onlar bizə müraciət etmədilər. Yalnız 10 faiz, daha imkansız, yeri olmayanlar müraciət edib və biz də onları yerlə təmin etmişik. Bundan sonra da müraciət edən olarsa, onları yerləşdirə bilərik”.

Ə.Bağırov qeyd edib ki, “Metro” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların bir qismi öz xətti ilə bura gəlib və onların sözügedən ticarət mərkəzində yerləşdirilməsi BŞİH-in səlahiyyətində deyil.

BŞİH-in sözçüsünün dedikləriylə bağlı da satıcıların fikirlərini öyrəndik. Bizimlə söhbət edən “Laçın” ticarət mərkəzində yer götürən Vüqar adlı satıcı deyilənlərin həqiqəti əks etdirmədiyini bildirir. Onun sözlərinə görə, metroda çalışan ticarətçilərin əksəriyyəti malları topdansatış yer kimi tanınan “Binə”dən, “Sədərək”dən alırlar: “Mən özüm də “Binə”dən, Sədərək”dən mal alırdım. Çünki “optovoy” yer kimi ora çox ucuz idi. Mənim kimi yüzlərlə metroda alver edən satıcı oralara üz tuturdu. Bu o demək deyil ki, kiminsə orada dükanı var. Mən icra hakimiyyətinə müraciət etmədim. Dost-tanışdan eşitdim ki, “A.M.A.Y.”-ı, “Keşlə”ni, “Şərq” bazarını satıcılara təklif edirlər, buna görə də heç yerə müraciət etmədim. Müraciət etmirəmsə, bu mənim “Binə”də, yaxud “Sədərək”də dükanlarımın olması anlamına gəlməməlidir”.

Başqa bir satıcı, metronun “28 may” stansiyasının yaxınlığındakı yeraltı ticarət mərkəzində yer götürən Babək Həmzəyev də çarəsizlikdən bura üz tutduğunu deyir.

“Məcbur idim. İşləmək, evə çörək aparmaq lazımdır. “Binə”də yer götürmək istədim, ancaq yer haqqı baha olduğundan bu fikrimdən daşındım. Üstəlik, orada işləmək, o biri sahibkarlarla ayaqlaşmaq üçün yaxşı pulun olmalıdır. Bura elədir ki, 2-3 min manatın varsa başını dolandıra bilirsən”, - deyə Babək Həmzəyev bildirir.

 

Onun sözlərinə görə, indi işlədiyi ünvanda yer haqqı metrodan bahadır: “Metroda 700 manat yer haqqı ödəyirdim, burada yarı yerə 1100 manat verirəm. Kənar olduğu üçün ucuzdur. Mərkəzdə götürsəm 2000 ödəməliyəm. 2 min manata gücüm çatmır, küncdə isə alver yoxdur. Gözləyirik görək nə olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam