Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Daha bir ölkə Gürcüstanla münasibətlərini nəzərdən keçirir

 

“Almaniya Gürcüstanla münasibətlərini nəzərdən keçirir”.

Yenixeber.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Tbilisidəki səfiri Peter Fişer deyib. 

“Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb. İndi Aİ-nin siyasəti belədir və bu, çox kədərlidir. Almaniyaya gəldikdə isə, biz də, həmçinin Gürcüstanla münasibətlərimizi nəzərdən keçiririk. Bildiyiniz kimi, bizim çox geniş və dərin münasibətlərimiz var. Gürcüstanla bağlı üzərimizə yeni öhdəlik götürməməyə qərar vermişik, buna görə də, hazırda Almaniyanın Gürcüstan üçün yeni maliyyə öhdəlikləri yoxdur”, - deyə diplomat qeyd edib. 

Səfirin sözlərinə görə, gürcülər Aİ-yə üzv olmağın onlar üçün nə dərəcədə vacib olması barədə düşünməlidirlər. 

Qeyd edək ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskiy ittifaqın ölkənin Müdafiə Nazirliyinə ayırmağı planlaşdırdığı 30 milyon avronu dondurmaq barədə qərar qəbul etdiyini açıqlayıb. Bununla yanaşı, onun sözlərinə görə, Gürcüstanın Aİ-yə qoşulma prosesi də dayandırılıb. ABŞ Müdafiə Nazirliyi isə iyulun 5-i öz açıqlamasında bu ilin yayına Gürcüstanda planlaşdırılan birgə təlimlərin qeyri-müəyyən tarixə təxirə salındığını bəyan edib. Bildirilib ki, təlimlərin təxirə salınması ölkə ilə strateji münasibətlərin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam