Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İsrailə qarşı ikinci cəbhə... -ABŞ xəbərdarlıq etdi

İsrailə ikinci cəbhə açıldı - Turkustan.az

ABŞ Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının hücumlarının hazırkı vəziyyətində İsrailə qarşı ikinci və ya üçüncü cəbhənin açılmasına imkan verməyəcək.

Yenixeber.org: Bu barədə İsraildə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.

Ona Livanın “Hizbullah” şiə qruplaşmasının şimaldan İsrailə hücumu və ikinci cəbhə açması halında ABŞ-ın lazım gələrsə, hərbi imkanlarından istifadə edib-etməyəcəyi soruşulub.

“İkinci cəbhəyə gəlincə, artıq dediyim kimi, biz və İsrail əminik ki, nə ikinci, nə də üçüncü cəbhə olacaq. Biz bunun üçün hər cür səy göstəririk, regiondakı digər tərəfdaşlarla işləyirik”, - deyə o, cavab verib.

“Prezident Co Bayden açıq şəkildə bildirdi ki, heç kim, dövlət və ya qeyri-dövlət aktorları bu məqamdan istifadə etməyə çalışmamalıdır. Və o, bu xəbərdarlığı ən böyük daşıyıcı qrupumuz olan "Cerald Ford"u regiona yerləşdirməklə dəstəklədi. Əminəm ki, İsrailin ehtiyacı olan hər şey var”, - deyə dövlət katibi yekunlaşdırıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam